Verilmiş və sayı 2650-ni ötən sualların 99.88 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   windows   wordpress   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

C++ yoxsa C#?

Salam..Mən oyun proqramlaşdırması ya da ümumiyyətlə proqramlaşdırma öyrənmək istəyirəm…məktəb kursundan təcrübəm Basic,Pascal və biraz C++ladır.
C-Sharp ilə də özüm maraqlanmışam və xoşuma gəlir
Mənə maraqlıdır C-sharp oyrənmək daha məqsədəuyğun olar yoxsa C++…
Bilirəmki çoxunuz deyəcəksinizki C++un imkanları daha güclüdür və Game Development sahəsində daha geniş istifadə olunur.Lakin məncə mənim hələ vaxtım var və hansı ilə başlamaq daha səmərəli olacaqsa(Hələki kiçikhəcmli proqramlar üstündə işləmək üçün vəya inkişaf etdirib oyun ya irihəcmli proyektlərə keçmək) onunla başlayım,və əsas fərqlərindən qısaca yazsanız sevinərdim :)

Kateqoriya: Proqramlaşdırma . Açar sözlər: , , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

C++ yoxsa C#? sualına 11 cavab var
  1. +5 Bəyənilsin Zəif cavabdır Cabbarov Sübhan
    (Profil) (23:52, 12/01/2012 )

    Cavabini artiq ozun vernisen. C++ çox inkişaf etmiş dildi və c sharp-dan dəfələrlə üstündü. sənə ən əsas fərq olaraq c sharp-ın .net platformasından aslı olduğunu deye bilerem. C sharp-da aşağı səviyəli oyunları yaratmaq çox çox vaxt tələb edir həm də həcmi böyük olur. Ancaq əgər c++ dilink öyrənsən sənə hər cəhətdən yaxşı olar. C++ öyrənmək C dilinin 30-40%-nı öyrənmək deməkdi. Yəqin C dilin imkanlarını digər dillərə müqayisə edilməz oıguğunu bilirsən. Əhər c++ dilini öyrənsən istədiyin hər növ proqramı rahatlıqla hazırlaya biləcəksən. Digər tərəfdən linux sistemlərini də öyrənmiş olacaqsan.

  2. +2 Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
    (Profil) (13:47, 13/01/2012 )

    C++ da oyun programlama üçün çox geniş kitabxanalar var. Meselen OpenGL. Dünyada oyun proqramlama deyende ağla birinci C++ gelir. Ancaq men özüm yayda bir oyun şirketinde staj elemişem. Burda oyunları 3D olaraq flash (yani actionscript 3.0) işlederek yazırlar. Actionsript 3.0 javaya çox oxşayır bu dili öyrenmek barede de fikirleşebilersen mence.

  3. +2 Bəyənilsin Zəif cavabdır Ferid Mövsümov
    (Profil) (13:49, 13/01/2012 )

    Javada oyun proqramlama da yavaş yavaş inkişaf edir isteyirsense dostumun yazdığı bir meqale var onu da oxu. http://developersland.net/index.php/game-development/78-java-hayranlar-icin-javada-oyun-programlamas-part-1-threadler-1.html

  4. Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (16:31, 13/01/2012 )

    Mənə gələcəkdə iOS platformasini desteklemek zeruridir ona gore Flash istemirem…Java olar ama onu oyreneceyim vaxta C# veya C++ oyrensem məncə daha yaxşı olar lakin hələ də dəqiq bilmirəm hansını öyrənməliyəm…
    C++ daha sürətlidir ama C-sharp daha yeni(20 il)
    C-sharp .Net dəstəkləyir ama C++ populyar APİ-leri
    C++da daha dərin imkanlar var ama C-sharp öyrənmək daha asandı…

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
      (Profil) (16:37, 13/01/2012 )

      Microsoft məhsullarından asılı olmamağa dəvət edirəm sizi. C# isə onların protektoratında olan bir dildir. Pisdir ya yaxşıdır, uzaq durmaq daha məsləhətdir. İOSda işləyəksizsə Objective C öyrənməli olacaqsınız. Ona görə də C++-dan başlamaq daha yaxşı olar nəinki C#

  5. Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (16:45, 13/01/2012 )

    Microsoftdan niyə uzaq durmaq məsləhətdirki?

    • +1 Bəyənilsin Zəif cavabdır Elvin Hacı
      (Profil) (16:54, 13/01/2012 )

      Fəaliyyət və karyeranı hər hansı firmanın pullu istifadəli kommersiya məhsulu üzərində qurmamaq daha yaxşı olar, təbii ki əgər nisbətən azad və ya tam azad alternativ məhsullar varsa. Bu bir-birinə bağlı məhsulların da bəziləri zaydırsa(məsələn Windows əməliyyat sistemi proqramlaşdırma mühiti olaraq Linuxdan qat-qat zəifdir) onda iş daha da çətinləşir. C, C++, Java və.s. isə əməliyyat sistemindən asılı olmadan hər yerdə işləyirlər.
      Microsoft məhsulları bir-birlərinə bağlıdır, cross platform deyil, qiymətləri də ucuz deyil(indi 2-3 aznlik disklər əldə edib istifadə etmək o demək deyil ki həmişə bu imkan olacaq, Microsoft maraqlı olan kimi hansısa ölkədə hüquqi hücuma keçib öz məhsullarının pirat istifadəsinin qarşısını ala bilir).
      Çox yazmaq olar bu haqda. Başqa yazmaq istəyənlər mövzunu davam edərlər ümid edirəm.

  6. Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (17:15, 13/01/2012 )

    Ok admin aydındır fikriniz…bəs C++ haqqında hansı kitab məsləhət görərdiniz?(ingilis dilində…rus da olar)

  7. Bəyənilsin Zəif cavabdır Seva
    (21:56, 13/01/2012 )

    Hansı dildə yazmaq, hər bir proqramçının öz seçimidir

  8. Bəyənilsin Zəif cavabdır L-mar Abbasov
    (Profil) (11:32, 15/01/2012 )

    Basha dushurem Seva,ama menim o sechimi ede bilecek qeder tecrubem yoxdu ona gore tecrubesi olanlardan meslehet almaq isteyirem
    PS:Az. Herflerinden istifade etmediyim uchun baghishlayn,iOS bizim shrifti desteklemir

  9. +1 Bəyənilsin Zəif cavabdır fightclub_husen
    (Profil) (00:48, 04/05/2012 )

    C# Microsoftdan asılıdır amma Javanıda Oracle satın alıb yani getdikcə oda öz müstəqilliyini itirəcək..Birdə bu seçim hansı işi görmək istədiyinizdən asılıdır.Götürüb bir mühasibat programını c++ da yazmaq məntiqsizdir.Eyni formadada bir anti-virus programını C# da yazmaq məntiqsizdir…Əgər məqsədiniz oyun programlamaqdırsa C# XNA texnologiyası ilə də güclü oyunlar yarada bilərsiniz amma oda düzdür ki, hal-hazırda böyük oyun firmaları məsəl üçün EA, Ubisoft, Rockstar və s. c++ dan istifadə edir.


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.