Azərbaycanda skandinaviya auksionu olan bir sayt yaratmaq istəyirəm. Biznes plan şifahi şəkildə mövcuddur. Artıq planlaşdırılıb. Saytı texniki cəhətdən yaratmaq, təhlükəsizliyini təmin etmək üçün kimlərə müraciət etməliyəm? Hansı proqramı bilən şəxslər lazımdır? Ümumiyyətlə bu işdə iştirak etmək istəyən varmı? Sizcə Bu nə qədər özünü doğruldar və maraqlı olar?
|
Verilmiş və sayı 2700-ü ötən sualların 99.74 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal wordpress windows sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain modem HTML proqram Delphi elektron ticarət telefon adsl antivirus parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
İnternet auksion açmaq barədə məsləhət lazımdır
Verilmiş cavablar və edilən şərhlər
İnternet auksion açmaq barədə məsləhət lazımdır sualına 9 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








Bu artıq olub keçib də Azərbaycanda. Bir zaman sinta.az var idi.Mənim fikirimcə ideya özünü doğruldmayacaq.
sinta.az adi auksion idi. Mən skandinaviya auksionu deyirəm. Nə olduğu barədə məlumatınız var?
sinta.az da skandinav auksionu idi. Ən azından adı və təqdimatı belə idi.
Elvinin fikri ile raziyam.eger ozunu dogrultsa bele,siz oz ishinizi bashqalarina yeni ki bashqa proqramistlere gordurseniz daha bir menasi qalmaz.bu yaxshi ideya olsaydi,bunu proqramistler iszden qabag ederdiler.Azerbaycanda internet uzre qazanc elde etmek isteyirsinizse ilk once ozunuz programist olmalisiniz sonra gozel bir ideya fikirleshib onu tetbiq etmesiniz ozunuzu dogrulda bilersiniz
P.S. sinta az da elvinin dediyi kimi ele skadinavia auksionu olmushdu.google vasitesile ve ya burdan baxa bilersen http://www.weblist.az/servisi/3663/
Ümumiyyətlə bu tip proyekt Azərbaycanda özünü doğrultmur.İnternetdən sifariş edənlər azdır,olanlar isə ebay və ya başqa xarici saytdan ucuz qiymətə sifariş edirlər.Siz heç cür elə qiymət təklif edə bilməyəcəksiz,əlbətdə,əgər tamojnuda qohumunuz yoxdursa)))
Skandinaviya auksionunda İphone 5 manata satılır. Bu auksionun işləmə prinsipi başqadır. Bu intelektual auksiondur. Həmdə Azərbaycanda internet alışverişi ona görə zəifdir ki, rahat ödəmə sistemi yoxdur. Heç kim mobil operatorlarla əməkdaşlıq etmir bu sahədə. Ya kredit kard ya da paypal sistemindən istifadə edirlər.
Mobil operatorlar minimum 50% alır hər sms-də. Bu sərf eləməz axı. Bu ancaq maya dəyəri olmayan(tv ulduz yarışmaları) yerlərdə əlverişli ola bilər. Amma Azericard, Paypal kimi sistemlər yalnız cüzi faiz tutub 97-100% ödənişi satıcıya verirlər. Fərq kəskindir.
P.S. Sinta.az məhz belə işləyirdi, orda da bahalı telefonlar, kompüterlər 5-10 aznə satılır deyilirdi. Əvvəli yaxşı getdi, sonra tutmadı
Bu mənim də ağlıma gəlməşdi.Məsləhət görmədilər deyə vazgeçtim.