Verilmiş və sayı 2700-ü ötən sualların 99.77 %-i cavablanmışdır.

Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır.

Cavablanmamış suallara nəzər salaq

  ebay   PayPal   wordpress   windows   sayt   php   java   internet   Windows 7   domen   ubuntu   YouTube   oyun   Android   mysql   video   google   c++   DLE   LİNUX   notebook   hosting   Nokia   hostinq   chrome   domain   modem   HTML   proqram   Delphi   elektron ticarət   telefon   adsl   antivirus   parol   blackberry   kompyuter      iphone   format   Windows7   samsung   HP   Kompüter   termin   wi-fi   Server   cms   laptop   

Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.


Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading

Ubuntuda parolu bərpa etmək lazımdır

Salam. Dünən format elədiyim kompyuterde ubuntuda qoyduğum parol yadımdan çıxıb. Hal-hazırda guest formasında ubuntunu işlədirəm. Admininstator parolumu necə sındıra bilərəm ? (Təşəkkürlər)

Kateqoriya: Linux və digər əməliyyat sistemləri . Açar sözlər: , . Qısa keçid.

Verilmiş cavablar və edilən şərhlər

Ubuntuda parolu bərpa etmək lazımdır sualına 4 cavab var
  1. Bəyənilsin Zəif cavabdır Elvin Hacı
    (Profil) (13:27, 08/02/2012 )

    Salam. Burada parolu bərpa etməyə dair təlimar var. İngiliscə probleminiz varsa, deyərsiniz burda yazarıq izahını
    Belə bir video da var.

  2. +1 Bəyənilsin Zəif cavabdır Kamran Nadjafzadeh
    (Profil) (13:30, 08/02/2012 )

    Ubuntu tək əməliyyat sistemidirsə Ubuntu açılarkən

    ESC

    düyməsinə basırsan Sonra Menyu açılacaq

    Ubuntu kernel XX  - generic
    Ubuntu kernel XX - generic (recovery mode )

    – Bu seçimi seçib Enteri bas
    Yeni menyu açılacaq

    Root drop to shell promt

    Bunu seçib Enter bas
    Artıq Root olaraq giriş elədik Burda istifadəçilərə aid hər şeyi eləmək mümkündü

    ls /home  

    əmrini verərək istifadəçiləri listini tapa bilərsiniz (ls L hərfidi)
    indi istədiyimiz istifadəçi üçün şifrəni bərpa edək

    passwd istifadəçi

    əmrini veririk İstifadəçi yerinə siz öz istifadəçi adınızı yaza bilərsiniz
    Bu əmri verəndən sonra yeni bir şifrə yazmağınızı istəyəcək Diqqətli olun Linux böyük-kiçik hərflərə qarşı həssasdı
    Yeni şifrənizi daxil edin
    Enteri basın
    Sonra yenidən təsdiqləmək üçün həmin şifrəni yazın enteri basın
    sonra

    Exit

    Əmrini verib boot menudan normal Ubuntunu açırıq və şifrənizi daxil edib girirsiniz

  3. Bəyənilsin Zəif cavabdır designernatiq
    (Profil) (14:51, 08/02/2012 )

    BU prosesi eleyirem orda Is Home yaza bilmirem. Şiriftlər AZ dilindədi. Çevirmək mümkün deyil. Boot eleyib formatda edə bilmirəm bu ubuntunu. İlk dəfədi başıma belə bir iş gəlir. Kömək edin. Nə cür eləyim bilmirəm. :(


Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Elektron jurnal

Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.

Düzgün yazılış

Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.