Salam, mümkünsə planşet komp.haqqında ümumi məlumat yazardız, əsas funksiyaları nədir? və almaq üçün məsləhətlisi hansıdır?
|
Verilmiş və sayı 2700-ü ötən sualların 99.81 %-i cavablanmışdır.
Bu o deməkdir ki, sizin vermək istədiyiniz sualın cavablanmamaq ehtimalı 1/100-dən də azdır. |
facebook ebay PayPal wordpress windows sayt php java internet Windows 7 domen ubuntu YouTube oyun Android mysql video google c++ DLE LİNUX notebook hosting Nokia hostinq chrome domain modem HTML proqram Delphi elektron ticarət telefon adsl antivirus parol blackberry kompyuter email iphone format Windows7 samsung HP Kompüter termin wi-fi Server cms laptop
Sual vermək üçün sağ sütundan "Üzvlər üçün giriş" bölməsindən hesaba daxil olun, hesabınız yoxdursa qeydiyyatdan keçin və ya birbaşa Facebook connect düyməsi ilə avtomatik qeydiyyatdan keçin.
Suallar IT sferaya aid olmalıdır(Kompyuter, internet, proqramlaşdırma, elektron ticarət və.s.).
Cavabını axtardığınız sualı əvvəlcə burada qısa cümlə ilə yazıb axtarın, ola bilsin ki, o sual daha əvvəl verilib və cavablandırılıb:
Loading
Planşet kompüterlər haqqında məlumat
Verilmiş cavablar və edilən şərhlər
Planşet kompüterlər haqqında məlumat sualına 5 cavab varElektron jurnal
Cavablar.net saytında yığılan sual-cavab bazası əsasında periodik olaraq PDF formatında elektron jurnallar dərc olunur. İndiyədək 3 belə e-jurnal buraxılıb, bundan sonrakı jurnalların hazırlanmasını siz özünüz də edə bilərsiniz.
Düzgün yazılış
Sual və cavab yazarkən mütləq çalışmalıyıq ki dil qaydalarına uyğun sual və cavablar yazaq. Bununla da oxşar suallarla internetdə axtarış edəcək soydaşlarımızın işini asanlaşdırmış, onlara fayda vermiş olarıq.








burda bütün məlumatlar var
sualda da yazdığım kimi mənə onların funksiyaları barədə məlumat lazımdı
PC-dən fərqli olaraq ağır iş üçün nəzərdə tutulmayıb. Yəni planşetdə proqramlamaynan və sair məşğul olmurlar. Qalan günlük işlər üçün, emailleri yoxlamaq, bloq yazmaq, feysbuk, tviter istifadə etmək,musiqi dinləmə, film izləmək, kitab oxumaq, oyun oynamaq, müxtəlif saytlara daxil olmaq, xəbərlər oxumaq və sair bu kimi işlər görmək olur. Skype və sair ilə ünsiyət də qura bilərsiniz. Almaq üçün məsləhətə gəldikdə. Ya Apple-ın iPad-ini ala bilərsiniz. Ya da android sistemli digər tabletlər, Samsung Galaxy, Acer İconia, Asus Transformer var. Blackberry-nin də PlayBook-u var. Mən daha çox iPad-ə üstünlük verirəm, ama şəxsi seçimdir. Yəni hansının pis yaxşı olmasını irəli sürməyi, bunun mübahisəsini aparmasını xoşlamıram.
Almaq üçün ən məsləhətlisi sizin məqsəd və ayırdığınız büdcədən asılıdır. Əsas məsləhətliləri sayım.
1. İpad2 – Ən populyar və ən böyük app bazasına malik olan planşetdir. Apple məhsuludur, keyfiyyətlidir, əsas mənfisi qiymətinin baha olmasıdır, 500-800 azn arası. Wifi var. 3g dəstəkli versiyası var.
2. Samsung Galaxy Tab 10.1 Parametr və aparat keyfiyyətinə görə İpad2-dən xeyli üstündür, Android əməliyyat sistemidir, proqram bazadı da kiçik deyil. Wifi var. 3g dəstəkli versiyası var. Qiyməti ucuz deyil, təxminən 600 azn.
3. Amazon Kindle Fire – Əla ekran keyfiyyəti, yuxarıdakı planşetlərdən bir qədər kiçik, Android sistemi olan bir planşetdir. Wifi var, 3g yoxdur. Ən böyük üstünlüyü qiymətidir, qiymət cəmi 199$-dir, yəni digər planşetlərdən az qala 3 dəfə ucuz. Mənfisi susmaya görə olan proqramlarının yalnız ABŞ-da işləməsidir. Amma bu problem deyil, onların əvəzinə digər işlək proqramlar yazmaq olar. Azərbaycanda 230 azn-ədir, xaricdən 199$-a sifariş vermək olar.
4. Asus Transformer, Acer İconia Tan adlarını da çəkmək olar ki, bu modellər versiyadan asılı olaraq 400-600 azn-ədir, və yuxarıdakılarından əsas fərqi odur ki, yuxarıdakılar daha çox mobil telefonun iri formasıdırsa, bunlar kompüterin kiçik formasıdır, yəni USB dəstəyi var, Windows, Linux və.s. nə istəsəniz asanlıqla yaza bilərsiniz, hətta qoşulub ayrıla bilən klaviaturaları da var. Yəni klaviaturanı qoşursunuz olur Netbook, ayırırsınız olur Planşet.
Digərləri də çoxdur, amma əsas olanları saydım
çox sagolun ətraflı məlumatçün