Ən yaxşı laptop markası hansıdır?

Qismət olsa, yaxın günlərdə notebook almaq istəyirəm. Ancaq marka və modelini seçməmişəm. Hər birinizin məsləhəti, mənim üçün böyük rol oynayır. Sualım isə belədir,
Ən yaxşı laptop markası hansıdır?


Yadda saxlama
Kateqoriya: Kompüter və ya digər cihaz almaq . , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(12:25, 25/02/2012 ) #9549

Bu sualdakı cavabıma baxın. Siz satıcıya hansı məqsədlər üçün kompüter istədiyinizi deyin,o sizə uyğun birini versin. Məsələn oyun üçün gərək video kart,ram və prosessor güclü ola və s. Ümumiyyətlə kompüterin daxili hissələri nə qədər güclü olsa o qədər yaxşı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:39, 25/02/2012 ) #9553

Birmənalı olaraq ən yaxşı hansıdır sualına cavab çətindir. Sadəcə tanışlardan və şəxsi təcrübədən çıxış edib nəsə fikirlər demək olar.
1. Sony Vaio – əladırlar, keyfiyyətlidirlər, amma digərlərindən bahadırlar.
2. Acer – ucuzdurlar, keyfiyyətlidirilər. Mən şəxsən Acer işlədirəm
3. Asus – reytinqinə görə dünyada ən yaxşı laptop markası hesaba olunur. orta qiymətli və əla keyfiyyətli
4. Toshiba – Haqqında fikirlər bir az ziddiyyətli olsa da etibarlı markadır, qiyməti də ortadır.
5. Macbook – Əla keyfiyyətli, amma bahadırlar.
6. Lenovo – İBM texnologiyalarının davamıdır, keyfiyyətli orta qiymətlidirlər.

1. HP – Ucuz və ziddiyyətlidirlər. Yəni keyfiyyətli modelləri də çoxdur, keyfiyyətsizlər də, əsas axsaması batareyada olur. Xeyli tanışlarım var ki məhz batareya problemindən əziyyət çəkirlər. Dolu ola ola boş göstərməsi, kompun sönməsi, batareyanın soba kimi qızması, tez sıradan çıxması və.s.
2. Samsung – Bu marka haqda da hələ ki ancaq mənfi fikirlər eşitmişəm, üstəlik ucuz deyillər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:22, 30/10/2012 ) #22218

    HP heddinden cox qizir hem de cox kaprizli markadir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:00, 25/02/2012 ) #9554

Elvin, Dell haqda fikirlərini ala bilərəm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:28, 25/02/2012 ) #9576

    Dell haqda da fikirlər Toshibaya bənzərdir, illərdir Dell-in bizimçün mənfi cəhəti o idi ki, burada servisi yox idi, xarab oldu at çölə, amma eşitdiyimə görə son zamanlar hansısa firmada açılıb servis mərkəzi.
    Ümumiyyətlə isə məncə markalar üstündə çox əlləşməmək lazım, lazımi parametrlərinizi bir vərəqə yazın, gedin mağazaya, orada sizə parametrləri ödəyən bir neçə marka deyəcəklər, bəyəndiyinizi götürün. Fiziki parametrlərə də fikir verin, çəki, dizayn, istifadə rahatlığı və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:41, 25/02/2012 ) #9581

Məni məsələn heç bir mağazada olan noutbooklar qane etmirdi. Ona görə də, PCSpecialistdən Custom Clevo sifariş etdim. Biraz ağırdır. Amma işləməyinə söz ola bilməz. Linux ilə əla işləyir. Yığılanda içərisindəkiləri elə sifariş etmişdim ki, Linux sistemlərində xüsusən də Ubuntuda əla işlədin. İndi onda kalan kod yazıram, yazdıqca adama ləzzət edir. Qardaşım amma oyun oynamağı xoşlayır. Onun üçün Asus markalı noutbook almışıq, intel i seriyalı prosessor, 4GB ram və s. Oyunlar orada əla işləyir. Qiyməti də yaxşıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:10, 26/02/2012 ) #9598

Seçimim, DELL oldu. Cavablara görə hər ikinizə təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:56, 26/02/2012 ) #9609

    Yaxşı kompüterlərdir,işlətmişəm. Bircə ekranı gözlərimi dəhşət yorurdu, çəkisi isə içərisindəki avadanlıqlara baxanda normadan çox idi. Amma işləməsi sabitdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:34, 07/03/2012 ) #10256

1.MacBook Pro
2.Toshiba
3.Asus
4.Dell
5.HP
6.Lenovo
7.Samsung
8.Acer

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:29, 21/03/2012 ) #11180

samsung almaq isteyirem burda oxudumki meslehet deyil.deyin neyi zeif isleyir umumiyyetle ne kimi problem olurki samsung pisdi deyirsiz?cvlara gore onceden twk.
ram 6
video kart 1
core i7
819AZN sizce necedi? parametrleri eladi bes qiymeti?sizce alsam uzunmuddet islede bileceyemmi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:50, 21/03/2012 ) #11201

    Salam. Sualı sual hissəsinə yerləşdirməniz lazımdır, cavab hissəsinə yazdıqda cavaba cavab çətin ki verilsin

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:20, 30/10/2012 ) #22217

    Samsung oz mallarini ucuz qiymete satir.Samsungun esas gostericileri batareyasinin uzun muddet islemesidir.Meselen Samsung 300e5a markalari 6 saat zaryatka ile isleye bilirler 350e5 markalari hetta 8 saat ve 1500 doldurmaya qeder

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:12, 16/06/2012 ) #16691

DELL

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:48, 10/03/2013 ) #28121

Məndə samsung np300v5ah modelidir.Bir ildən artıqdır ki, işlədiəm hələki bir problemi olmayıb. ram 6 videkart 1 core i7 prosesor.Mənim xoşuma gəlir.Amma çox adam samsunqdan qaçır.Bilmirəm niyə?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (12 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (12 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (24 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024