Salam. Son 1-2 ayda laptopum enerjidən ayrılma-batareya rejimi zamanı saniyədə bir dəfə xəfif səslər verməyə başlayıb. Siqnal yox, pıqqıltı, sanki su damcısı səsi kimidir. Səsin mənbəyini bilmək olmur dəqiq hardan gəlir. Amma çox maraqlı məqam budur ki, qulaqcıq taxanda səs qulaqcıqdan gəlməyə başlayır. Burdan belə çıxır ki, səs kolonkadan gəlir. O halda niyə məhz batareya rejimində? Cərəyana qoşulu halda heç bir halda bu səs müşahidə edilməyib. İstisna halları da olmur, hər dəfə cərəyandan ayıran kimi səs başlayır. Səbəb nə ola bilər?
Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)
0
Mene tam chatmadi..)) bataerya rejiminde davamli gelir bu ses yoxsa sadece ayrilan zaman 1 defe gelir?
0
Cərəyandan ayıranda hər saniyədə bir dəfə davamlı olaraq tıq-tıq tipli səs gəlir. Və nə qədər ki laptop batareyadan qidalanaraq işləyir səs davam edir saniyədən bir. Cərəyana taxılı olanda heç bir halda gəlmir.
0
Salam
Komp. səsini söndürüb cərəyanan ayırın səsin hisslələrdən gəldiyini vəya sistemnən gəldiyini dəqiqləşsin.
0
Onu yazmaq yadımdan çıxmışdı. Mute etdikdə də səs çıxır, və ya sistemin səsin artırıb azaldanda səs dəyişmir, eyni interval, eyni səs. Səs yəqin ki içəridən gəlir, amma necə olursa kolonkaya ötürülür. Çünki qulaqcıq taxanda səs kənara yayılmır, qulaqcığı taxdıqda ancaq qulaqcıqda eşidilir.
Hardware barədə çox da təsəvvürüm yoxdur deyə heç cür təxmin etmək olmur ki səbəb nədir. Batareyanı da 1-2 dəfə çıxarıb salmışam, effekti yoxdur.
0
Böyük ehtimalla bataryanın içindən gəlir.qulağınızı yaxınlaşdırıb qulaq asanda bilinmir hansı tərəfdən gəlir?
0
Səs kolonka tərəfdən gəlir. Batareya tərəfdən gəlmədiyi dəqiqdir. Həm də ən əsası batareyadan gələn səs olsaydı o zaman qulaqcığı taxanda niyə səs adi halda kəsilib yalnız qulaqcıqda eşidilməyə başlasın ki?
Bir sözlə səs kolonkadan gəlir, qulaqcıq taxanda qulaqcıqdan gəlir, amma eyni zamanda ƏS-in səs tənzimləmələrinə tabe deyil, səsi artırıb azaltmaq, mute etmək heç bir təsir göstərmir.
0
Bəlkə sistemde hansısa program bildiriş kimi səs verir .
Cərəyanı ayıran an başlıyır yoxsa bir neçə saniyə gözləyir sonra?
0
Cərəyanı ayıran kimi səs başlayır. Pıqqıltı səsidir, sistemdə elə bir səs ola bilməz yəni 🙂 Siqnal və ya digər media fayl səsi deyil, real səsdir sanki.
0
Voltaj balansızlığından yarana bilər bu səslər,cərəyan adaptırını imkan varsa dəyiş yoxla çünki servis onsuzda elə deyəcək.notebook HP deyil?
0
Software və ya Hardware problemi olub olmadığını araşdırmaq üçün, LiveCD tipli daşınabiləön əməliyyat sistemi ilə açıb yoxla. Səs kəsilsə çox güman ki Software problemidir.
0
Çox sağol Namiq. LiveCD-yə gərək olmadı heç, adi BİOS rejimində yoxladım, səs gəlmədi, deməli problem hardware-də deyilmiş, ən azından bunu bildim. 🙂 İndi araşdırıb taparam ki o nə səsdir, lazım olsa səs ayarların resetləyərəm.
Sual verin
Cavab verin