Mənə bu proqram lazımdı

Bir çox insanların adları, haqqındakı məlumatları və telefon nömrələrini bir yerə yığıb özüm üçün baza toplamaq istəyirəm ki, istədiyim vaxt axtarış edib həmin insanları tapım. Düzdü worddə belə şey yığmışam. Adları haqqındakı məlumatları nömrələri yazıb dokument şəklində saxlayıram. Amma bunu hazır proqram vasitəsilə baza şəklində toplamaq daha rahatdı. Bildiyiniz belə bir proqram varmı? Özü də şifrəli proqram istəyirəm. Birini tapmışdım, yaxşı proqram idi amma şifrə qoymaq olmurdu. Yəni istənilən insan istənilən vaxt proqramı açıb istifadə edə bilərdi. Mən də beləsini istəmirəm, yalnız özüm istifadə edə biləcəyim proqram olsun. Bu yöndə köməklik göstərsəniz çox sevinərəm.  Bəribaşdan təşəkkürümü bildirirəm…


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(18:08, 18/01/2013 ) #26106

Salam
E-Z Contact Book var amma bu proqramda səhv etmirəmsə şifrə təyin etmək olmur.
İstədiyiniz programı yazmaq çətin deyil.Vaxt tapıb yazaram,yazdıqdan sonra burda linkini verəcəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:38, 18/01/2013 ) #26111

Çox sağ ol qardaş. Men bilən o qədər də vaxt aparan bir şey olmamalıdı. Yəni balaca proqram olacaq yəqin ki. Amma bilmirəm mən dediyim formada yaza biləcəksiz ya yox. Yəni adamın adı, telefon nömrəsi, bir də haqqında məlumat kimi bölmələr olsun. Həm sıralamaya baxanda həm də axtarışa verəndə istədiyim adamı rahat tez tapa bilim. Bir də şifrə qoymaq olsun ki, məndən başqası icazəsiz bu proqrama girə bilməsin. Yəni sizi məcbur etmək fikrində deyiləm, səhv başa düşməzsiz inşallah. Sadəcə, mənə çox lazımdı deyə internetdə axtardım, amma, istədiyim formada olanını tapa bilmədim. Kömək edə bilərsizsə, sizə böyük minnətdarlığımı çatdırıram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:41, 18/01/2013 ) #26112

Hə bir də mümkünsə bütün windows əməliyyat sistemlərinə uyğun olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:59, 18/01/2013 ) #26114

E-Z Contact Book proqramına baxdım. Xoşuma gəlmədi. Nə şifrə qoymaq olur, nə də ki, Azərbaycan dilini dəstəkləyir. Düzdü funksiyaları pis deyil, müvəqqəti işlətmək mümkündü. Amma mən istədiyim kimi deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:20, 19/01/2013 ) #26151

Google Contacts yaxşıdır məncə. Düzdür brauzerdən girməli olursunuz internet lazım. Amma məhz siz deyən keyfiyyəti verir. Üstəgəl smartfonlar ilə əla sinxronizasiya və inteqrasiyası var. Əlaqə formalarından əlavə məlumat üçün geniş NOTE adlı sahəsi də var ki nə istəsəniz yaza bilərsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:16, 19/01/2013 ) #26153

Məncə Microsoft Office Acces-dən istifadə edin. Bazanı hazırladıqdan sonra WinZip (və ya WinRAR) ilə arxivləşdirib, koda qoyun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:34, 20/01/2013 ) #26168

Köməyinizə görə təşəkkür edirəm. Dediklərinizi yoxlayacam görüm hansı daha effektlidi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Trendyoldan 6 ədədd corab sifariş etsəm vergi ödəməliyəm? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (1 gün əvvəl)

Jorpy cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (6 gün əvvəl)

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (6 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (6 gün əvvəl)

Jorpy cavab verdi - Poçta əlavə pul (7 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (7 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (7 gün əvvəl)

E. Hacı cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (7 gün əvvəl)

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (9 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (11 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (15 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (16 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (19 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23246 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024