python verilən tipi

salam. riyaziyyatdakı ədəd çoxluqlarını hamımız azdan-çoxdan bilirik. altçoxluqlardan üstçoxluqlara doğru sıralasaq, natural ədədlər, tam ədədlər, rasional ədədlər, həqiqi ədədlər, kompleks ədədlər. hamımıza da məlumdu ki, sağda olanlar solda olanları da əhatə eləyir.

məsələn 1 – həm natural ədəddi, eyni zamanda tam və rasionaldı və 1 + 0i (i – xəyali hissə) formasında yazıla bildiyiyçün həm də kompleks ədəddi.

pythonda kompleks ədədlər (x+yj) formasında göstərilir. yəni 3+5j verilən tipi kimi kompleks ədədlərə aiddi.

soruşmaq istədiyim budu ki, bir-birinə ekvivalent iki ədədin tipləri fərqli ola bilərmi? (aşağıdakından belə məlum olur ki ki, mümkündü, amma necə?)

>>> x = 3+5j
>>> type(x)
<type 'complex'>

x-dən xəyali hissəni çıxarsaq –

y = x-5j

əldə qalacaq 3 – yəni həqiqi hissə.

>>> y = x-5j
>>> y
(3+0j)
>>> type(y)
<type 'complex'>
>>> y == 3
True
>>> type(3)
<type 'int'>
>>> type(3) == 'complex'
False

ümumiyyətlə ədəd çoxluqları pythonda necə tədqiq olunur?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(10:01, 11/07/2014 ) #44255

Salam. Məncə bir çox dillərdə bu analojidir.
Yəni əməliyyat zamanı hansısa operatorun ədədə təsirindən yaranan yeni ədəd də əvvəlkinin tipinə aid hesab edilir, təbii ki operator onun tipini daha alt sinfə keçirmirsə. Baxmayaraq ki 3 ən üst sinfə natural ədədlərə aiddir, əməliyyatdan öncə operatorun təsir etdiyi ədəd kompleks idi deyə nəticədə alınan 3 də kompleks olacaq.
İlkin tip mənimsədilməsi isə maksimal üst sinif prinsipi ilə olur, səbəb də bəllidir, proqramın daha qənaətcil işləməsi üçün. Yəni siz x=3+4j verirsizsə məcburən complex olmalı olur, amma ilk əvvəldən x=3 verirsizə, üst sinif int tipidir deyə int hesab edilir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23248 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024