Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C proqramlaşdırma dilində mətnləri hara yazmalıyam?

Hər kəsə salam. Mən proqlaşdırmanı öyrənmək istəyirəm və internetdən türkcə bir yaxşı C dili kitabı tapdım. Çox yaxşı başa salır. Amma bilmirəm bu kodları hara yazmalıyam. Kitabda da yazılmayıb. Məs. Pythonu öyrənərkən kodları internetdən yüklədiyim Python 2.7.10 proqramına yazırdım. Amma bu kitabda yazılmayıb nə yükləməliyəm və kod mətnlərini hara yazmalıyam. Nə etməliyəm?


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(09:58, 17/06/2015 ) #56199

Mütləq kompilyator quraşdırmalısınız. C++ kompilyatoru ilə də C proqramlarını kompilyasiya edə bilərsiniz. Əgər MSVisual C++, DevC++ kimi mühitlərdən hər-hansı birini quraşdırmısınızsa C proqramlarınızı da həmin mühitdə yığıb test edə bilərsiniz.

Alternativ olaraq kompilyator və mətn redaktorunu ayrı-ayrı da quraşdıra bilərsiniz.

Kompilyator

Mətn redaktoru

hər ikisini quraşdırdıqdan sonra mətni mətn redaktorunda yığıb yadda saxlayırsınız, .c genişlənməsi ilə, misal üçün test.c adı ilə, kompilyatorun quraşdırıldığı qovluqda (С:\\ … MinGW\bin). Daha sonra cmd -ni yükləyirsiniz və test.c faylınlı yadda saxladığınız qovluğa daxil olursunuz.
“cd С:\\ … MinGW\bin”
və kompilyaiya üçün
gcc test.c -o test
əmrini, icra üçün
test əmrini daxil edirsiniz.

Əlbətdə bütün bunları MSVisual C++ və ya DEVC++ -u quraşdırmaq uğursuz olduqda edirsiniz. Bir də axırıncı variant aşağıdakı mühiti yükləyib test etməkdir.

Buta_pm

Bu nisbətən sadədir, unzip edirsiniz daxil olursunuz bin qovluğuna, Notepad++ proqramını yükləyirsiniz, mətni yığıb İcra et menyusunu klik edirsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:12, 17/06/2015 ) #56202

Kompilyator quraşdırmağınız məsləhətdir, ancaq mütləq olduğunu da düşünmürəm, çünki, axtarsanız internetdə çox sayda online komplyatorlar (C++, C Sharp, Java, Delphi, Pascal, Python və s. kimi müvafiq dili ana səhifənin sol aşağı küncündən seçə bilərsiniz) var, məsələn: ideone.com saytı… Saytın bir neçə komplyatoru olsa da, mətn redaktorluğu cəhətdən zəifdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:19, 17/06/2015 ) #56210

Ətraflı cavablarınıza görə çox sağ olun. Başa düşdüm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

neo13 cavab verdi - Windows 7 Service Pack 1 xətası (34 dəqiqə əvvəl)

E. Hacı cavab verdi - Bank kartının vaxtı bitir nə etməli? (3 saat əvvəl)

Devolper cavab verdi - phpMyAdmin #2002 - No connection could be made because the target machine actively refused it. — The server is not responding (or the local server's socket is not correctly configured). (6 saat əvvəl)

ismail007 cavab verdi - Mal Azərbaycana daxil olanda izləmə nömrəsi göstərir? (7 saat əvvəl)

Maqa cavab verdi - instagrama video qoyanmıram (9 saat əvvəl)

Maqa cavab verdi - Komputerle bagli sual- google play app yükləmək (9 saat əvvəl)

Maqa cavab verdi - Disklə bağlı sual (9 saat əvvəl)

Maqa cavab verdi - Bank kartının vaxtı bitir nə etməli? (9 saat əvvəl)

Emil- cavab verdi - Komputerle bagli sual- google play app yükləmək (17 saat əvvəl)

Emil- cavab verdi - Mal Azərbaycana daxil olanda izləmə nömrəsi göstərir? (17 saat əvvəl)

FeqanIQ cavab verdi - Riyaziyyat - Namazov 7ci sinif cavablarini hardan tapa bilərəm? (23 saat əvvəl)

banu1 cavab verdi - Disklə bağlı sual (1 gün əvvəl)

Manson cavab verdi - proqramlaşdırmanı öyrənmək isdəyirəm (1 gün əvvəl)

Ramazan cavab verdi - Google şəkilləri müellif hüqüqları hansı halda pozulmaz (1 gün əvvəl)

aslanov777 cavab verdi - Disklə bağlı sual (1 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19332 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018