From.ae bestel notbuk

salam .
Besteldən olan bu notbuku
yoxsa
From.ae-dən bu notbuku
alım.
Bestel: http://az.bestel.az/HP-ProBook-450-G2-i5/p/3681
from.ae: https://from.ae/en/hp-450-g2-intel-core-i5-8gb-1tb-2gb-15-6-win-8-1
Eyni notbuklardı
sadəcə GHZ fərqlidir. From-da 1.7 Ghz, bestel 2.7 Ghz-dir. Hardan almağı məsləhət görərdiz?
Təşəkkürlər.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:27, 10/07/2015 ) #56645

Salam, baxmayaraq ki, takt tezlikləri fərqli göstərilib (1.7GHz və 2.7GHz), əslində eyni noutbuklardır. Məsələ burasındadır ki, müasir noutbuklarda takt tezliyi iki cür göstərilir, adi takt tezliyi (əsasən enerjiyə qənaət üçün istifadə edilir) və TurboBoost tezlik (burada artıq noutbuk bütün var “gücü” ilə işləyir)… Normalda prosessor belə göstərilir: Intel Core i5-4210U 1.7 GHz (TurboBoost 2.7 GHz)… Ancaq Bestel burada bir reklam “fırıldağı” (yəni əslində fırıldaq da demək düz olmaz!) edib, from.ae isə məlumatı tam olaraq göstərməyib, buna görə Bestelin yerləşdiridiyi noutbuk gözünüzdə daha üstün görünür, halbuki, tamamilə eyni noutbuklardır, təkrar edirəm TAMAMİLƏ EYNİ… Kimdən soruşsanız, Intel Core i5-4210U prosessorunun tezliyi nədir, Sizə bu cavabı verəcəklər: 1.7 GHz (up to TurboBoost 2.7 GHz).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:12, 10/07/2015 ) #56662

Yəni eyni parametrlərdi. Sadəcə müxtəlif formalarda yazılır.Amma funksiyaca eynidir. Düzgün başa düşdüm?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:00, 10/07/2015 ) #56665

Bəli

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:57, 10/07/2015 ) #56669

Çox sagolun. Başqa cavab yoxdu?)
Besteldə 980 mandı
Amma from təxmini 600
Yəni from daha əlverişlidir.
From məsləhətlidi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:27, 11/07/2015 ) #56670

    Ucuz olmağına from.ae ucuzdur, keyfiyyətə gəldikdə 100% olmasa da, 80-90% əminəm ki, keyfiyyətli mallar olur saytda… Ən azı özüm vaxtı ilə Note 3 almışam oradan və hələ də şikayətsiz istifadə edirəm. Amma o vaxt gömrükdə problemlər yox idi, mən telefon alandan sonra (yadınızda olar bəlkə) bir ara gömrükdə gətirilən texnikalarla bağlı nəsə dəyişikliklər oldu, tam olaraq bilmirəm gömrükdə nə dəyişdi, nə yox, sonra qeydiyyatın qiyməti qalxdı oldu hüquqi şəxslərə 20 qəpik, fiziki şəxslərə 5 AZN, halbuki, mən alanda qeydiyyat pulsuz idi. Amma bir halda ki, sayt gətirib çıxaracağına əmindirsə, yəqin ki, mal gömrükdə ilişməyəcək. Hər halda cəhd etməyinə dəyər, duran yerdə 200-300 AZN niyə artıq ödəyəsiniz ki?! Həmin pula əlavə RAM və ya HDD (və yaxud digər aksessuar) alıb, noutbuku təkmilləşdirmək olar, düz demirəm? Bəri başdan qorxuya düşüb, Besteldən alsanız, bir dostunuz da o yandan çıxıb desə ki, from.ae-dən problemsiz filan texnika aldım, onda Siz həmin 200-300 AZNdən əlavə mənəvi zərbə də alacaqsınız 🙂 Onsuz da istənilən halda malı ala bilməsəniz, pulunuz geri qaytarılacaq. Düşünməyə dəyər, əgər from.ae-dən alası olsanız, inşAllah nəticəni də bura qeyd edərsiniz, biz də bilərik ki, gömrüyümüzdə texnikalara qarşı mövcud vəziyyət nə yerdədir 😉

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:25, 11/07/2015 ) #56678

      Öyrəndim. əgər min (1000) man keçmirsə gömrükdə problem yoxdu. Sonda kefiyyətə etibarb edə bilirəm. Razısız?
      Sadəcə yenədə 1.7 ghz narahat edir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:02, 12/07/2015 ) #56707

Şükran, qardaş, dünyanın hər yerində Intel Core i5-4210U 1.7 GHz (upto TurboBoost 2.7 GHz)dir 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:58, 12/07/2015 ) #56710

    Çox sagol 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Maqa cavab verdi - Youtubda izleme sayi Niye az Olur (4 saat əvvəl)

Maqa cavab verdi - ebaydan ucuz iphone 7 plus almaq guvenlidirmi? (4 saat əvvəl)

Maqa cavab verdi - Alibabadan gelen sifarişə gömrük rüsumu və digər problemlər (4 saat əvvəl)

E. Hacı cavab verdi - Alibabadan gelen sifarişə gömrük rüsumu və digər problemlər (1 gün əvvəl)

yeezy cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (1 gün əvvəl)

E. Hacı cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (1 gün əvvəl)

Maqa cavab verdi - Bakıda yerləşən fabriklər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Bakıda yerləşən fabriklər (2 gün əvvəl)

Şükür Hüseynov cavab verdi - İxtisas seçimi kömək (3 gün əvvəl)

Elhash cavab verdi - DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət. (4 gün əvvəl)

E. Hacı cavab verdi - Behance - Məhkəmə təbliğatı (4 gün əvvəl)

Zahir cavab verdi - Ebayda nə alıb Azərbaycanda pula çevirsək sərfəli olacaq? (5 gün əvvəl)

E. Hacı cavab verdi - DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət. (5 gün əvvəl)

Seo Mullimi cavab verdi - telefonum zaryadka saxlamır.. (6 gün əvvəl)

Seo Mullimi cavab verdi - İphone haqqında (6 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19433 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018