Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistratura haqqında

Salam. Mən ADNA-nın 4-cü kurs tələbəsiyəm. İxitsasım əsasən neftlə bağlıdır. Bu il insallah magistraturaya vermək istəyirəm. Onun üçün mənə məsləhətli bir magistr kursu lazımdır. Pulu normal olsun təhidəki yaxşı olsun. Xarici dil kursuna gedirəm. Mənə əsasən informatika və ixtisası yaxşı öyrənmək lazımdır.Belə bir kurs var?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(10:26, 10/07/2015 ) #56642

1. İxtisası yaxşı öyrənmək – soruşmaq eyib olmasın, bəs 4 ildir universtitetdə nə öyrənirdiniz? 🙂 İxtisas dərsləri ən yaxşı öyrənə biləcəyiniz yer universitetinizdir, o kifayət etmirsə ya universitet müəllimlərinin hansınınsa yanında hazırlaşın, ya da özünüz hazırlaşın. Bu məsələdə kurslara qəti etimad etməyin. Hansına getsəz deyəcəklər həə tam doğru yerə gəlmisiz, sizin ixtsasa bizdə əla hazırlıq var(halbuki ilk dəfədir eşitmiş olur sizin ixtisasın adını)
2. Məntiq testləri – bilikli.net bəs edər sizə, xüsusi kursa gərək yoxdur məncə. Amma yenə də kurs vacibdirsə, çoxdur məntiq kursları.
3. Informatika – kibernetika institutu, ikt insitutları var elmlər tərəfdə, oralarda işləyən müəllimlərlə hazırlaşmaq olr

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:22, 10/07/2015 ) #56658

Kursa getməyinizi ümumiyyətlə məsləhət görmürəm. Ən yaxşısı özünüz hazırlaşın TQDK nın kitab və testlərindən. İxtisasa gəlincə isə qaqaş demişkən bu 4 ildə bəs nə öyrənmisiniz? Mühazirələri tapıb özünüz öyrənin. Ümumiyyətlə magist kursu deyilən anlayış yoxdur və ola da bilməz. Pullarınızı itirməyin. Uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17339 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016