Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Müəllif hüquqlarının pozulması

Salam hərkəsə. Normal reytingli bir moda saytım var. sadecə online moda dərgisi adı altında fəaliyyət göstərir, satışla yox. Saytadı.az formasında. İstifadəçilər daha çox google actarışlarından gəldiyindən SMM’ə fikir vermirdim amma bu yaxınlarda qərar verdim ki sosial şəbəkələrdə də aktivlik yaradım, facebook və tvitter hesablarını fb.com/saytadı.az kimi aldım lakin instagram hesabını almaq istədiyimdə artıq alınmışdı. Açdım gördüm ki 10k+ followerli bir hesab, müxtəlif aksesuar satışları ilə məşğuldur və bütün şəkillərin filan üzərində saytın logosu.
Əlaqə saxladım, dedim bəs bizim saytın adından istifadə edirsiz dedilər ki yox sizin saytdan xəbərimiz yoxdur təsadüf olub. Amma ad da elə təsadüf olunası şey deyil. Hətta ortaqlıq da təklif etdim ki, gəlin satışı sizə verim saytda da aparın satışı razı olmadılar. Mənim saytımın populyarlığından istifadə edib yaxşı satış da edirlər. İnstagrama report etdim müəllif hüquqları ilə bağlı, ordan da bir cavab gəlmədi, nəticə çıxmadı. Nə edə bilərəm bununla bağlı ?


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(11:25, 05/08/2015 ) #57300

Salam. Elə doğru yoldasız. instagrama yazmaqda davam edin. israrla. nə çıxsa ordan çıxacaq. məsələni çətinləşdirən odur ki sizdə yəqin ki yalnız domen və saytdır, trademark, qeydə alınmış hüquqi şəxs və.s. heç nə yoxdur. onlar olsaydı şansınız qat-qat artardı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:06, 05/08/2015 ) #57307

İnstagram ola bilməz cavab yazmasın, yəqin müraciyət çoxdur deyə uzanır məsələ. Birdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi -nə sadəcə zəng edib məsələni onlaraa desəz yaxşı olardı. Çünki elə şeylər varki biz o haqda bilmirik, hansıkı agentlik konkret addımlar ata bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17347 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016