Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şəxsi saytda məlumat yerləşdirmək

Salam. Deməli mən 1 aylıq qadın salonuna məxsus saytı idarə etməliyəm. Yalnız HTML(çoox az) bilirəm. Daha hansı dillər tələb olunur? Və bu haqda daha ətraflı məlumat verə bilərsiz? Sizlərin təcrübəsinden istifadə etmək istəyirəm 🙂


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:07, 03/03/2016 ) #61915

Salam
Əgər sayt hazırdırsa və saytda admin paneli varsa, məlumatlar bazada saxlanılırsa saytı rahatlıqla idarə edə bilərsiniz sadəcə admin paneldən məlumatları əlavə etməlisiniz vəssalam.
Yox əgər saytda admin paneli yoxdursa, sayt yalnız html və css istifadə olunaraq hazırlanıbsa(yəni təkcə səhifələr hazırlanıb) onda iş biraz çətin olur gərək hər dəfə məlumat əlavə edəndə yeni bir səhifə yaradasınız məlumatları o səhifəyə yerləşdirəsiniz xəbər başlığın, keçidin ana səhifəyə yazasınız bunu isə html bilən biri rahatlıqla edə bilər. Yaradılacaq yeni səhifənin dizaynı o biri səhifələrin dizaynı ilə eyni olacaq deyə dizaynı 0-dan hazırlamağa ehtiyac olmayacaq. Sadəcə yazıları dəyişməlisiniz.
Ümumiyyətlə saytda məlumat yenilənməsi nəzərdə tutulursa, mütləq admin panel hazırlanmalı və məlumatlar bazada saxlanılmalıdır. Ən pis halda yeni məlumat yaradarkən onu fayla yazmaq və fayldan oxumaq olar.
Admin paneli hazırlamaq üçün isə php və mysql bilmək lazımdır.(Dizaynı nəzərə almıram. Dizayn html+css javascript biliyi olsa daha yaxşı olar)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:14, 03/03/2016 ) #61916

Hələ saytdan xəbərim yoxdu…Amma sayt hal-hazırda fəaliyyət göstərir.Məncə hər şey qaydasındadır…Deməli mən yalnız HTML öyrənsəm bəs edər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:03, 03/03/2016 ) #61919

    Əgər saytın idarə paneli varsa html lazım olmayacaq demək olar.
    Admin panel yoxdursa, o halda 2 imkan var
    1. Sayt statik html-dədir – bu halda html və css blməyiniz kifayətdir. Normal idarə edə bilərsiz.
    2. Sayt dinamikdir, php və ya digər dildədir – bu halda html bilmək heç bir işə yaramayacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:09, 03/03/2016 ) #61920

Cavaba görə təşəkkürlər!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 560 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 411 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 17336 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2016