Php, js, css necə düzəldilir?

1. Salam. Mən php, js, css necə düzəldilir bilmirəm. Bunları hansı proqramlarla düzəldirlər? Notepad ilə?
2. Bunları düzəltmək üçün kodları bilmək lazımdır yoxsa necə?
3. Mən php js css düzəldə bilərəm? Yoxsa internetdən hazır götürüm?
4. Bunları düzəltməyi hardan öyrənə bilərəm?
Xahiş edirəm cavabı bilirsinizsə cavab yazın. Təcili lazımdır bunlar mənə.


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(11:23, 08/09/2016 ) #65044

Salam
Php, css, js düzəldilmir. Php Veb proqramlaşdırma dilidir, yəni php ilə saytlar proqramlaşdırılır. Html, css ilə saytın dizayn hissəsi hazırlanır. Javascript ilə əlavə effektlər yaradılır. Proqram kimi, adi NotePad-da da yazmaq olar kodları. Kodları özünüz yazmalısınız, bunun üçün əvvəlcə öyrənməlisiniz. Başlanğıc olaraq, ilkaddimlar.com saytı ilə başlaya bilərsiniz. Biraz irəlilədikdən sorna, Türk saytları, sonra da w3schools.com(Elə İngiliscə bilirsinizsə bu saytla da başlaya bilərsiniz).

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:23, 08/09/2016 ) #65050

    Başa saldığınız üçün sağolun. Mən Youtube haqqında hər şeyi 3 aya öyrənə bildim. İndi bu dəyqə kiçik Youtuberəm. Bəs bunu öyrənmək nə qədər vaxtımı alar? Əgər ilkaddimlar.com`danda, w3schools`dan və başqa Türk saytlarından bacardığım qədər hər şeyi öyrənsəm, mən sərbəst özüm istədiyim formatda səhifə yarada bilərəm? Sizin profilə baxdım Veb-Developer olduğunuzu gördüm. Siz bunu nə qədər vaxta və təxminən neçə saytdan istifadə edərək öyrəndiniz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:24, 09/09/2016 ) #65070

      Öyrəndiyim saytların sayının limiti sonsuzluğa yaxınlaşır 🙂 Mən cəmi 4-5 ildi məşğulam proqramlaşdırma ilə, ancaq mən fərqli şeylərlə də məşğul olmuşam desktop dilləri və s. Baxır sizin öyrənməyivizə. Məsələn yaxşı öyrənsəz 6 ay-1 ilə html css-i normal səviyyədə öyrənib template(saytın yalnız dizayn hissəsi) hazırlamaq olar. Bəlkə daha az, bəlkə daha çox müddətə bu sizdən asılıdır. Sonra gəlir proqramlaşdırma hissəsi. Php-i biraz normal öyrənmək də 1il+ gedər. Yəni öyrənib sadə saytlar hazırlaya bilərsiniz. Sonra texnologiya çoxdur. javascript, Jquery və s.bunları da gələcəkdə öyrənərsiz.Bu qədər vaxt yalnız amateur normal səviyyədə öyrənə bilərsiz. Ondan sonra peşəkarlaşmağa illər lazımdı. Sizi qorxutmaq istəmirəm, ancaq reallıq budu 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:06, 08/09/2016 ) #65057

Türkcə öyrənmək üçün bunlar daha məsləhətlidir
www.acikakademi.com
www.yakinkampus.com
İngilis dilində
www.tutorialspoint.com

-Özümdə bunlardan istifadə edirəm..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

yeezy cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (18 saat əvvəl)

E. Hacı cavab verdi - Notebookla rahat iş görə biləcəyim, oturmağa bir yer (19 saat əvvəl)

Maqa cavab verdi - Bakıda yerləşən fabriklər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Bakıda yerləşən fabriklər (1 gün əvvəl)

Şükür Hüseynov cavab verdi - İxtisas seçimi kömək (2 gün əvvəl)

Elhash cavab verdi - DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət. (2 gün əvvəl)

E. Hacı cavab verdi - Behance - Məhkəmə təbliğatı (3 gün əvvəl)

Zahir cavab verdi - Ebayda nə alıb Azərbaycanda pula çevirsək sərfəli olacaq? (4 gün əvvəl)

E. Hacı cavab verdi - DNS, DHCP, DOMAIN, VMWARE mövzuları barədə məsləhət. (4 gün əvvəl)

Seo Mullimi cavab verdi - telefonum zaryadka saxlamır.. (4 gün əvvəl)

Seo Mullimi cavab verdi - İphone haqqında (4 gün əvvəl)

Karanlık Gece cavab verdi - Keçid balları - kompyuter mühəndisliyi və kompyuter elmləri (5 gün əvvəl)

Maqa cavab verdi - Sözsüz Musiqi (5 gün əvvəl)

Maqa cavab verdi - Ebayda nə alıb Azərbaycanda pula çevirsək sərfəli olacaq? (5 gün əvvəl)

E. Hacı cavab verdi - web temalar (5 gün əvvəl)

E. Hacı - 574 xal

Software Developer - 571 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 217 xal

Sistemə daxil olmuş 19432 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018