Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PayPal həlləri

Buradakı mövzularsan belə başa düşürəm ki, PayPal hər kəsin yaralı yeridir. Xahiş edirəm bu sahəyə yeni başlayanlar mövzuya cavab verməsin. Müzakirəm Prolarladır.

Hörmətli əməkdaşlar. PayPalla bağlı problemləri müzakirə edərək həll edək və ya çıxış yolu tapaq. Ölkədə bu sahədə forum (Ümumiyyətlə forum yoxdur) olmadığı üçün məcburən burda müzakirəyə dəvət edirəm.

Vəiyyətdən necə çıxış yolu tapmaq olar? Qonşu ölkələrdən hesab açmaq Türkiyədə PayPal bəlasını çoxlarınız bilirsiniz. Rusiyada PayPal hesabı açmaq üçün Rus passportu tələb olunur. Hər dəfə paypalla ebaydan məhsul almaq çıxış yolu sayılsa da düşünürəm onun da öz problemləri var.

Xahiş edirəm bu mövzu ilə bağlı fikirlərinizi qeyd edəsiniz.


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(12:58, 11/07/2017 ) #69086

Türkiyə mümkün deyil.
Gürcüstan hələ ki, tək mümkün yerdir yaxın ərazidə.
Gürcüstana gedib bank hesabı açmaq, ora üzərindən həll etmək olur. Amma sonra ünvan təsdiqi istəyəndə orada da problem olacaq. Orda müvəqqəti yaşayış ünvanı həll etmək olar, və ya kimdənsə orda xahiş etmək ki sizə elə bir kağız, faktura, çek versin, ki üstündə sizin orda yaşadığınız əks olunsun, onda həll etmək olar.
Bəziləri də var, bu yaşayış məsələsini montajla çekin üzərinə yazı yazıb düzəltməklə həll edir – bu risklidir, üzə çıxsa dərhal blok edilir account.

Qısacası, niyə bu problemdir, çox sadədir səbəb: Paypal Azərbaycanda yaşayan şəxs üçün İŞLƏMİR. Bu qədər sadə. Yəni “bunun bir normal həlli olmalıdır axı” düşünmək ciddi yanlışdır. Elə iş orasındadır ki bunun normal həlli YOXDUR. Çünki Paypal buna icazə vermir.
Bütün dolayı həllər anormal həllərdir.
Kimi xaricdə tanışının adına açıb onun üzərindən işlədir;
Kimi VPNlə , sms forvarderlə filanla başqa ölkədə yaşadığını göstərir və kiçik limiti aşana qədər işlədir 5-10 gün;
Kimi Gürcüstanda hesab açır, limitə qədər işlədir, limitə çatanda da bir yolunu tapıb orda yaşadığına paypalı inandırır və.s.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:50, 11/07/2017 ) #69099

malta paypali hesabi aç. payoneer və leopayla təstiqlə ama vpn in olmalıdı daimi. başqa ip dən girəndə limitləyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:23, 19/07/2017 ) #69208

Salam,
Cavabınızda yazırsız ki Gürcüstanda hesaba bağlanan PayPal “limitə qədər işlədir”. PayPalın bu limiti nədən ibarətdir və nəgərədrir?
Cavabınız üçün qabaqcadan təşəkkür edirəm,
Hörmətlə,
Murad Sultanov

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Software Developer - 571 xal

E. Hacı - 568 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 414 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 214 xal

Sistemə daxil olmuş 18401 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2017