Domen hüququ

Salam. Mənim sualım domen hüququ ilə bağlıdır. Misal üçün hansısa böyük bir şirkətin adını (domenini) “.az” zonasında aldıqda gələcəkdə bu xarici şirkət məhkəmə ilə o domeni “ələ ala” bilər mi? Məsələn böyük şirkətlərdən biri olan Alibaba Group-u götürək. Xarici zonalara baxdıqda , alibaba.ru , aliexpress.ru domenlərini məhkəmə ilə öz adına keçirib. Azərbaycanda bu hüquqlar necə qorunur bəs? Gözlənilən haldır ki, alibaba.az və ya aliexpress.az və ya alibaba şirkətinə aid TAOBAO da .az domenində artıq alınıb. Maraqlısı da odur ki, heç biri də istifadə edilmir. Yegin bunun bir səbəbi var. Zəhmət olmasa bu movzuda mənə kömək edəsiniz. Bir çox böyük şirkətlər var ki, onların .az zonasında domeni yoxdur. Mən bu domen adlarını alıb istifadə etmək və ya gələcəkdə Həmin şirkətlərə və ya digər insanlara satmaq hüququm var mı? Bu kimi tanınmış brend adların istifadəsi qadağandır mı? Risklər nədir? Zəhmət olmasa bu movzuda geniş açıqlama verilsin.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(20:24, 13/08/2017 ) #69379

Salam. Xeyr, satmaq hüququnuz yoxdur, bir qəpik odemeden alarlar sizden. Bu artıq satılanlar ki var, burada satanin da günahı var. NT şirkəti aşkar şəkildə qaydalarda yazıb ki yerli və beynəlxalq ticarət nişanlari olan domen almaga icazə verilmir. Bunlara da sırf təsdiq edən işçinin səhlənkarlığı və ya bu ticaret nişanlarını tanımamasi səbəb olub. Heç bir halda bu effektiv metod deyil. Alibabaya az domeni nə vaxt lazım olsa gəlib adına keçirəcək köməkçi hüquq firmasının vasitəsi ilə. Pul ödəmədən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:54, 13/08/2017 ) #69382

Çox sağolun cavabınız üçün. Online-ticarət saytı açmaq istəyirdim, Artıq özünü tanıtmış, brend olmuş domen almaq istəyirdim ki, guya yaddaşlarda yaxşı qalsın. Bu halda mənə lazımdır başqa nəsə domen adı fikirləşmək. *** Bəs başqa variantı desək. Məsələn domen adım oldu MƏNİMSAYTIM.az gələcəkdə yerli və xarici bazarda “MƏNİM SAYTIM” adında şirkət açılsa necə? Yenə huququ çatacaq ki, mənim domeni əlimdən alsın?

Bu situasiyada olan bir şirkət var. bilmirəm burada adını yazmaq nə dərəcədə düzgün olacaq,
e-manat.az . Bildiyimiz kimi şirkətin adı domen adı “-” işarəsizdi. Kimsə də emanat.az domenini alıb çox baha qiymətə də təklif edir. 32000 azn 🙂 Bəs bu halda niyə emanat şirkəti öz hüquqlarından istifadə edərək o domeni almır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:45, 14/08/2017 ) #69383

    Bu çox yanlış yanaşmadır – nə qədər keyfiyyətli sayt açsanız da, “Geydirmə adlı geydirmə mal satan sayt” yarlığı əksik olmayacaq. Yəni başa düşən müştərinin alt şüurunda belə bir assosasiya olur – madam bunlar özlərinə adı belə oğurluq seçiblər, bunlara əsla güvənmək olmaz.
    Başa düşməyənçün də çox da fərqi olmayacaq.
    Ona görə də elə ən təmizi gözəl və yerli dilə uyğun bir ad seçməkdir.

    Qaldı sizin öncədən açmağınıza – belə bir hal Rusiyada olmuşdu, 95-ci ildən windows.ru saytını işlədən qapı-pəncərə düzəldən şirkət vardı. Baxmayaraq ki, microsoft rusiyaya sonradan gəldi, amma Windows TM olaraq onlar Rusiyada birinci qeydiyyatdan keçirdi deyə domeni uzun məhkəmədən sonra şirkətin əlindən alıb verdilər microsofta.

    Ona görə də hansı adla açırsız açın – sayt tanınmış olmağa başladıqda onu Ticarət Nişanı olaraq qeydiyyatdan keçirin yerli orqanlarda, məsələ bitsin.
    Etməsəniz, o halda sonradan o adla açılan beynəlxalq brend birbaşa da olmasa, uzun çək çevirlə yəqin ki əlinizdən ala bilər. Amma TM sizdə olsa, sizə ancaq pul təklif edib ala bilər.
    Adətən pul təklif edirlər. Məsələn Tesla Motors şirkəti bu yaxında tesla.com-u köhnə sahibindən bir neçə milyon dollara aldı. Çünki məhkəməyə versəydi, həm imici zədələnərdi, həm də xaricdə hüquqşunaslar güclüdür, qarşı tərəf də yaxşıca müdafiə olunub verməzdi domeni. Çünki Tesla şəxs adıdır, Tesla Motors olmadan da var idi və.s. kimi əsaslar.
    Və ya əks nümunə: Microsoft Dropbox və Google Drive-a rəqib olaraq SkyDrive açdı, bir az keçdi, Sky News bunları məhkəməyə verdi ki, Sky sözü bizlikdir, TM olaraq bizə aiddir. Microsoft bir az çək çevir elədir, gördü uduzan tərəf olacaq, adını dəyişib elədi OneDrive. Heç nə də itirmədi.

    emanat-a gəldikdə isə, burada ticarət nişanı söhbəti var, çox güman ki dövlət manat sözünə görə emanat-ı ticarət nişanı kimi satmır (gümanım belədir), ona görə də belə hal ortaya çıxır. Həm də ki, şirkətin adı emanat deyil, Modenis-dir, emanat sadəcə brend olaraq işlədilir. Yəni hər adın özünə uyğun fərqli situasiya ola bilər, “burda belədirsə deməli bütün adlarda belədir” demək olmaz.

    Ən son olaraq, bunlar çox önəmsiz məsələlərdir yeni başlayan üçün. Yəni bu barədə ümumiyyətlə indidən düşünməyiniz mənə görə çox yanlışdır. Arxı hoppanıb sonra hop deyərlər 🙂
    İstədiyiniz bir xoş domeni seçin, işə başlayın, işin uğurlu olmasının 99.99%-i işin keyfiyyətindən strategiyadan, qoyulan əməkdən, iradədən, bəxtdən və.s. amillərdən asılıdır, domen adı burada 0.01%-dən də az paya malikdir. Ona görə də ilk əvvəl daha önəmli şeylərlə məşğul olub işin özünü qurmaq lazım.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:36, 25/08/2017 ) #69431

Təşəkkürlər cavabınız, fikirləriniz və təcrübələrnizi paylaşdığınız üçün

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (12 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (12 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (24 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024