Zibil qutusunda silinməyən qovluqlar

Hamıya salam. D diskində olan bəzi tanış olmayan və silinməyən fayl və qovluqları Unlocker proqramı vasitəsilə silmişəm. Zibil qutusuna düşən həmin qovluq və faylları da yenidən Unlocker-lə silmişəm, lakin 27 ədəd içi boş görünən və adları Dd ilə başlayan qovluqları silən kimi yenidən adları Dd ilə başlayan lakin növbəti rəqəmlərlə nömrələnmiş qovluqlar yaranır. Bildiyim bütün üsullardan istifadə etmişəm, demək olar ki əlavə proqramlara aid olan bütün prosesleri silirəm xeyri olmur, çox güman ki bu qovluqları Windows özü açır. Xatırladım ki, D diskinə heç bir oyun və ya proqram quraşdırılmayıb. Bu qovluqları silmək və ya başqa direktoriyaya yerləşdirmək üçün nə etməyi məsləhət görürsünüz? Əvvəlcədən minnətdaram.


Yadda saxlama
Kateqoriya: Windows əməliyyat sistemi . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(23:18, 04/08/2010 ) #533

Fikrimcə səbəb sadədir, sizin kompüterdə virus var. VVindovvs özü belə şey etməz. Yeni update-li yaxşı bir antivirus yazıb full scan edin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:37, 05/08/2010 ) #537

Öncə mən də bunu səbəb kimi gördüm, amma antivirusu (Avira) hər gün yeniləyirəm, silib Kasperskinin də son versiyasını yazdım, full deep scan eləmişəm, bu qovluqlar elə həminki kimi silinmək istəmir: “Не удается удалить файл X. Нет доступа. Диск может быт переполнен или защищен от записи, либо файл занят другим приложением.”

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:48, 06/08/2010 ) #539

Ola bilsin bu hansısa işlək vəziyyətdə olan proqramla əlaqələndirilib. bəlkədə ona görə silinmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:35, 17/08/2010 ) #559

Unlocker proqramı silinmənin qarşısını alan proqramı göstərir. Həmin proqram sizə tanış deyilsə deməli virus elə o özüdür. Çalışın həmin proqramın işə düşməsinin qarşısını alasınız. Yəni, msconfig-startup burada baxın əgər varsa orda yığışdırın. Disklərinizdə Smart Virus Remover proramı ilə autorun fayllarınızı silin. və s. və i.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:14, 12/11/2010 ) #914

Əslində bu özü-özünü artıran virusdur. Bunu komputeri formatlamadan silməyin bir neçə üsulu var.
1. Birinci üsul həmin faylların adlarını dəyişib, resartdan sonra silmək. Əgər bu işə yaramırsa onda Sən Windows’un özünü yeniləməsi zamanı komputeri söndürmüsən və script’lər yarımçıq qalıb. Bu zaman avtomatik olaraq bəzi fayllar yaranır və nə zaman yeniləmə bitərsə onda silə bilərsən.

Bu faylların adı “Dataset definition” deməkdir. Bu tipli fayllar konvertasiya faylları üçün nəzərdə tutulmuşdur. Yəni, fayl bir növ parametrləri qaydaya salır və eləcə də qaydadan çıxarır. Bu UNIX proqramlarından hazırlanmış bir fayllardır. Özü-özlərini hazırlayır…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:38, 12/11/2010 ) #919

Çox sağ olun. Əslində mən artıq 2 ay bundan qabaq bu qovluqları Unlockerlə silməyi bacarmışam. Verilən digər məsləhətlərlə Unlockerdə əvvəlcə həmin qovluqların adlarını dəyişdim sonra isə rahat bir şəkildə sildim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:02, 25/11/2010 ) #1004

məncə daha deqiqi desəm sizin kompyuterinizdə virus var.farmat eləməldə yarar var.çünki o papkaları silməyiniz mümkün deyil.farmat edəndən sonra düzələcək.eyni şey məndədə olmuşdu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 dəqiqə əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024