Internet fırıldaqlar

İnternetdə hansı tip dələduzluqlar mövcuddur?


Yadda saxlama
Kateqoriya: İnternetdən qazanc . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(11:40, 11/08/2010 ) #548

Nigeriya məktubları haqda: (mənbə – http://e-haci.net)

İnternet dələduzluğun bir çox növləri mövcuddur. İndi onların ən yayğın növlündən-Nigeriya məktublarından yazacam.

1. Pulun xaricə köçürülməsi üçün kömək
Bu tip fırıldaq daha məşhurdur. Əsas mahiyyət budur: Kimsə istifadəçinin emailini guya təsadüfən taparaq ondan kömək istəyir. Məsələn deyir: Mən filan ölkədə olan keçmiş varlı bir məmuram, hazırda sıxıntıdayam, əlimdə olan milyonlarla pulu xarici hesabıma köçürmək üçün əngəllər var, əgər onu sizin hesaba köçürsəm, daha sonra siz də mənim xarici hesabıma köçürsəniz, əməliyyat başa çatar və mən sizə buna görə ümumi pulun 15%-ni(10-50% arası dəyişir vədlər) verəcəm. Məktubda söhbət milyonlarla dollar puldan getdiyindən 15% də kifayət qədər böyük məbləğ edir. Burda da məqsəd eynidir, siz razı olduğunuz halda köçürmə işində “yüngülvari” xərcləri siz ödəməli olursunuz, və sonda məktub göndərən qeyb olur, məlum olur ki ortada milyonlar yox imiş, sadəcə fırıldaqçı imiş, məqsədi də sizin o “yüngülvari xərclərinizi” cibinə qoymaq imiş.

2. Sizin email milyardlarla emailin arasında keçirilimiş İnternet-lotereyada 1 000 000 $ uddu. Təbrik edirik.
Təbii ki internetdə təcrübəsi az olan istifadəçilərin bu emailə inanma ehtimalı mövcuddur. Azərbaycanda dəfələrlə bu tip emaillərə inananlar olub. Emaillə maraqlanan kəs lotereyanın “rəsmi saytına” keçir, saytda olan ciddi atmosfer, qoca dayının imzalı şəkli və.s. istifadəçini tam inandırır. Uzatmayaraq deyim ki, sonuc eynidir. Sizə göndərilən pulun bank transfer haqqı adı ilə, və ya hesabın aktivasiyası adı ilə sizdən 1 milyonun fonunda çox kiçik görünən məsələn 100 $ istəyirlər. İstifadəçi də dərhal ödəməni edir… və lotereya keçirənlərin izi tozu itir. Məqsəd elə həmin 100 $ imiş.

Siyahını uzatmaq da olar: Xaricdə yaşayan qohumun sizə vəsiyətini təqdim etmək istəyən hüquq firması, bank işçisi və.s. adlar altında sizə emaillər gələ bilər.

Odur ki hamı ehtiyatlı olmalıdır. Heç vaxt tanımadığınız adamlardan gələn hər hansı şirnikləndirici emailə inanmayın. Təklif nə qədər cazibədar görünsə də fikir verməyin, emaili MARK AS SPAM edib silin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:59, 11/08/2010 ) #549

Son vaxtlar daha çox Bank of Africadan pul transferləri barədə spam mail alıram.

Fırıldağın başqa bir variantı da belə ola bilər. Çirkli pulları yumaq məqsədi ilə müraciət edib, pulu sizin hesabınıza transfer edirlər. Sonra da İnterpol və MTN sizə qonaq gəlir. 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:31, 17/08/2010 ) #558

Admin yazır, admin cavab verir. Maaqlıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:05, 17/08/2010 ) #560

    Elfus, BU SAYT NƏ ÜÇÜNDÜR bölməsində yazılıb: “Diqqət! Milli internetimizin inkişafını istəyən təcrübəli internet istifadəçilərimizdən xahiş olunur ki, sayta cavablarını bildikləri sualları yerləşdirərək müvafiq cavabı da özləri yazsınlar ki, sual-cavab bazamız böyüsün.”

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:07, 12/11/2010 ) #902

Bu hal Mənim tanışlarımında başına gəlib. Hətta bunların saytlarının 99%-i FreeHosting-dir. Yəni, artıq FreeHosting xidmətini Amerika Birləşmiş Ştatlarında “Fırıldaqçıların saytları” kimi qələmə veriblər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:28, 23/05/2011 ) #2574

Daha 2 fırıldaqçılıq variantını da mən əlavə edim:

1) Yeni bir telefon alsanız (əsasən, Nokia), sizin telefonuzua belə bir məktub gələ bilər ki, sizin İMEİ kodunuz milyonlarca İMEİ kodları arasında uduşa düşüb və uduş məbləği 1 milyon dollardır. İnanmayın, 100% saxtadır.

2) Azərbaycanlıların indi müəyyən səbəblərdən xaricə miqrasiyası genişlənib. Əsas ölkələr içərisində də ABŞ gedir. ABŞ-a Vizanın qazaılması heç də asan bir iş deyil. “Green Card” ilə sizi aldada bilərlər. Mahiyyəti ondan ibarətdir ki, qatılırsınız o sistemə və bir növ lotereya kimidir. Əgər sizin adınız çıxsa viza verilməsi zamanı və siz bu zaman ABŞ-da ömürlük viza hüququ əldə edirsiniz. Bizim çox azərbaycanlılar bu sistemin qurbanı olurlar. Çünki internetdə kifayət qədər saxta bu tipli saytlar var ki, onlar müəyyən yollarla insanları inandıra bilirlər ki, guya bizim saytdan 25-100 dollar ödəniş edərək üzv olsanız, sizin şansınız filan-filan səbəblərə görə artacaqdır. Belə saxta saytlara da inanmayın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:40, 15/04/2012 ) #12637

Azərbaycanda ABŞ-da işləməyə yardım edə bilən hərhansı məsləhətli firmanların və ya şirkətlərin mənə rəsmi saytı lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (10 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024