Sual 1. – Hosting xidmetinde SSl neye xidmet edir. Umumiyyetle bu vacibdirmi?
Shared SSL nedir? Dedicated SSL nedir? Dedicatedin Sharedden ustunluyu nededir?
Sual 2. – Meselen hostgator.com-un Baby plani normal sayt acmaga kifayet edirmi?
Sual 3.- Bir de ki, orda Ip sohbeti var. Bu barede yazsaniz yaxhi olardi.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
2
Salam. SSL-Secure Sockets Layer anlamını verən protokoldur. Əsas məqsədi client ilə server arasındakı məlumat mübadiləsini şifrələməkdir-məlumata yolda müdaxilənin qarşısını almaqdır, qorumaqdır bir sözlə. Bu ötürülən məlumatların təhlükəsizliyinin çox vacib olduğu saytlarda işlədilir.
Dedicated server vs Shared hostinq. İlk başlayan, kiçik şəxsi səhifələri olan, informasiya xarakterli statik sayta malik təşkilatlar shared hostinqdən istifadə edir. Shared hostinq adından göründüyü kimi paylaşılmış serverdə yerləşir. Bir serverdə 1000lərlə hostinq yerləşir və onların hamısı eyni İP-dən istifadə edir. Mənfi cəhətləri yalnız sayt populyar, dinamik sayt olduqda üzə çıxır. Belə ki gündəlik ziyarətçi sayı artdıqda, və ya saytda video streamlar, ağır SQL sorğular olduqda sayt demək olar ki gündəlik kilidlənir. Server ona ağır yük yaradan saytı kilidləyir. Gərək sayt rəhbəri hər gün müraciət edə ki saytı yenidən açıla.
Dedicated isə ayrılmış serverdir, shared-dən qat-qat bahalıdır, amma bu zaman sayta müstəqil İP, müstəqil maşın(serverin oturduğu aparat-komputer) ayrılır və idarəetmə sayt sahibinə verilir. Belədə siz serveri istənilən an saxlaya,restart, format edə bilərsiz, oraya yeni proqram təminatı yaza, saytın bütün texniki parametrlərini artırıb azalda bilərsiniz(php,apache parametrləri və.s.). Bir sözlə server sizin idarə sizin nə istəyirsiz edin.
0
Bes Dedicated server istifade etmek uchun her hansi linux emrlerini bilmek mutleqdir ?
1
SSH bağlantı ilə serveri idarə etmək üçün Unix əmrləri bilmək bəli, vacibdir. Amma bir məsələ də var ki, indi çoxlu softlar var admin panellər var, ola bilsin ki Dedicated-i aldığınız yer sizə yaxşı admin panel verdi və sizin demək olar ki ehtiyacınız qalmadı Unixə. Amma hər halda bilmək yaxşıdır.
0
Hemin o yaxshi admin panel dediyiniz panelden veren Dedicated server satan hansi shirketi meslehet gorerdiniz ?
0
Bunu ayrıca sual kimi sayta yerləşdirin, faydalı cavablar alın.
0
ok
Sual verin
Cavab verin