ABB və ya Leobankdan Amerika səhmləri aldıqda və satdıqda vergi ödəməliyik? Xəbərlərdə 5 illik vergidən azad olunması ilə bağlı xəbərlər oxudum amma bir az qərəzli idi deyə burda yazmaq istədim. Əgər vergi ödəyiriksə, VÖEN olması vacibdir və bankın tutduğu komisiyyaları çıxıb, net gəliri tapdıqdan sonra vergi verməliyik?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
xeyr, VÖEN lazım deyil. Vətəndaş kimi ala bilərsiniz.
Vergi barədə özləri də düzgün cavab verə bilmir. Leobank demişdi mənə ki vergi yoxdur. ABB demişdi var, amma növbəti il açıqlayacağıq ötən il ərzində yaranmış öhdəliyi.
Ona görə də narahat olmayın, alın. Öhdəlik yaransa onsuz da ya balansdan çıxacaqlar, yerində tutulma edəcəklər(withdraw edəndə), ya da hesabllayıb bildiriş göndərəcəklər.
Alıb saxlamağa isə vergi yoxdur, tutalım almısınız 1000 dollarlıq, artıb olub 5000 dollar, nəqdləşdirmədikcə, əməliyyatı bağlamadıqca hər hansı gəlir də yox sayılır. ABB və Leo-da olan birja xidməti də treydinq yox, invest üçündür, alıb uzun aylar illər saxlamaq üçündür. Tez-tez alıb satmaq deytreydinq sayılır və ABŞ qanunvericiliyinə görə belə hesablar blok edilir.(treyder olmayan şəxsin real səhmləri həftəlik səhv etmirəmsə 3 dəfədən çox alıb satmasına icazə yoxdur, treyder lisenziyası alınmalıdır bunun üçün. Ya da ki, heç bir limit olmasan ETF alıb satmaq olar, çünki onlar real səhmlər deyil, virtualdır)
0
Təşəkkürlər