Ebay və Amazondan hər hansi bir əşyani sifariş etmək ucun mən hara muraciet etmeliyen məs: (Pocta və ya kuryer xidmetinə) və buna gorə hər hansi vergi verməliyem?. Vergi verməliyəmsə nə qədər. Əvvəlcədən minnətdaram.
Ebay və Amazondan hər hansi bir əşyani sifariş etmək ucun mən hara muraciet etmeliyen məs: (Pocta və ya kuryer xidmetinə) və buna gorə hər hansi vergi verməliyem?. Vergi verməliyəmsə nə qədər. Əvvəlcədən minnətdaram.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
3
Ebay və Amazondan hər hansı əşyanı almaq bilavasitə o saytın daxilində gedən prosedurdur, siz heç kimə müraciət etmirsiniz, sayt daxilində malı seçib ünvanı göstərib ödəməni edirsiniz və dedikləri müddətdə mal gəlib evinizə çatır. Əlbəttə müxtəlif detallar da var bilməlisiniz(həcm, hansı mal hansı ölkəyə göndərilir, hansı qiymətdən sonra gömrük rüsumu var və.s.) bunları da elektron alış veriş kateqoriyamızdakı digər sual cavablardan oxuyun: http://cavablar.net/category/elektron-alis-veris/
0
1.Birdə duzdurki olkəmizə xaricdən elektronika gətirdikdə gomruk rusumu vermək lazimdi. Lazimdirsa mən bu rusumu hara verim?
2.FEDEX və DHL kimi kuryer xidmətlərindən istifadə etmək ucun mən hara muraciət edim? Mən bilən fedex və dhl kimi kuryer xidmətləri xaricdə yerləshir ( Google.az -da bu haqda hechnə tapmadim)
1
1. Gömrük rüsumu 200 azn-dən baha olan mallara şamil olunur və düzü heç də bütün hallarda şamil olunmur, kifayət qədər hallar olub ki 300-500 azn-lik mal gətirilib amma gömrükdə problem çıxmayıb. Gömrük saxlayanda özü sizlə əlaqə saxlayıb sizi dəvət edir ünvanlarına.
2. Fedex və DHL xidmətləri ilə nəsə göndərmək üçün Bakıdakı ünvanlarına müraciət edin. DHL Amay ticarət mərkəzinin yanında yerləşir, ora gedib kimdən soruşsanız göstərər.
Salam ebaydan mal almaq ucun ne etmek lazimdi imkan varsa sade yolla bashasalarsiz?
1
http://cavablar.net/category/elektron-alis-veris/ bu kateqoriyada sualınıza cavab verən xeyli sayda cavablar tapa bilərsiniz.
Sual verin
Cavab verin