1. E-baydan sifariş edərkən hansı adresə göndəriləcəyini necə seçə bilərəm?
2. Mən Qəbələdə yaşayıram. Buradakı adresimi yazsam məsləhətdir, yoxsa Bakıda yaşayan hərhansı bir tanışın?
3. Çatdırılmanı USPS ilə ediləcəyi yazılır. Bunu Fedex yada UPS ilə əvəz edə bilərəmmi?
4. Hərhansı bir məhsulu aldım. Ödəməni necə gün içində etməliyəm. Etməsəm nə baş verər? Yada məhsul alınmasından imtina mümkündürmü? (Qeyd: pulu ödənilməyib.)
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1) Ebay-dən sifariş edərəkən hansı adresə çatdırılmanı seçməyinizin bir neçə üsulu var. İlk öncə qeyd edim ki, burada əsas məqam satıcı ilə kontaktınızın olmasıdır və ona bu barədə məlumat versəniz o sizin istədiyiniz yerə göndərəcək sifarışı.
Bəzi satıcılar ancaq paypal adresinizə göndərir (only ships paypal confirmed address). Buna diqqət edin. Açdığınız payöalın adresi evinizlə eyni olsun. Əgər fərqli yerə sifariş veermək istəsəniz bu barədə satıcıya məlumat verin və ebay hesabınızdakı adressi dəyişin.
2) Düşünürəm ki, Azərbaycan Poçt sistemi son illərdə kifayət qədər peşəkarlaşıb. Regionların və ya Bakının sifariş üçün elə bpyük əhəmiyyəti yoxdur. Fərq yalnız çatdırlma müddətində olacaqdır ki, bu da maksimal 2-3 gün fərq edəcək.
3) Əgər satıcı öz göndəriş vasitəsini USPS və ya hər hansısa bir poçt şirkəti qeyd edibsə demək həmin poçt şirkəti ilə göndərəcək. USPS-dən fərqli olaraq DHL, UPS, FEDEX kimi şirkətlər daha bahalıdır. Satıcı bunu dəyişməyə razı olsa belə qiyməti artıracaq. Ancaq əksər hallarda dəyişmirlər (çünki ABŞ-dakı satıcılar özlərinə yaxın poçtu vasitə kimi seçirlər).
4) Ebay-dən məhsul aldığınız zaman (hər sayta görə dəyişir) ödəməni müəyyən edilmiş tarixə kimi etməlisiniz. Bu müddəti satıcı müəyyən edir (hətta dərhal ödəmə tələb edən satıcılar da var) və onun məlumatlarında buna baxa bilərsiniz. Bu adətən 7 gündən çox olmur.
Ödəməni etmədiyiniz təqdirdə cəzalandırılırsınız. Bu biraz qarışıq prosedurdur. İlk öncə satıcı sizə qarşı iş açır. Ebay sizi ödəməniz üçün xəbərdarlıq edir. Ebayon müəyyən etdiyi tarix ərzində ədəməsəniz cəza alırsınız. Əgər bu ilk dəfədirsə xəbərdarlıq kimi olur. İkinci dəfədirsə hesablnlz və paypal adressiniz ebay tərəfindən blok edilir (reytinqiniz çoxlarsa, 3-4 dəfə buna icazə verilir).
Qeyd edim ki, blok edilmiş paypal adressi ilə başqa ebay hesabından sifariş versəniz həmin adresiniz də bağlanılır. Bu səbəbdən buna diqqət edin və aldığınız malların dəyərini ödəyin.
Sual verin
Cavab verin