Salam Google Adsense vasitəsilə qazandığım pulu almaq üçün Azərbaycanda hansı banka müraciət edə bilərəm?
P.S. Qeyd edim ki, Google-dən çeki almışam.
Əvvəlcədən təşəkkürlər.
Salam Google Adsense vasitəsilə qazandığım pulu almaq üçün Azərbaycanda hansı banka müraciət edə bilərəm?
P.S. Qeyd edim ki, Google-dən çeki almışam.
Əvvəlcədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)
3
Salam. Çek gəlib çıxıbsa onu aparıb müxtəlif banklarda nəqdləşdirmək olar. Eşitdiyimə görə Beynəlxaq bank, Standart bank, Kapital bank, Texnika bank, Unibank edir bu işi. Mən özüm konkret Unibank-dan alıram 3-4 ildir və deyəsən ən tez də onlar verir pulu, 10-18 gün arası çəkir adətən nəqdləşmə. Çeki verirsiniz və 2 həftə sonra gedib pulu götürürsüz, faiz da az tutulur, 2-3%.
0
Salam bağışlayın___Siz Google Adsense vasitəsilə necə pul qazanırsınız???Hər Clikə Faiz???Bunu Mən nece ede bilərəm???
0
Sualınızı ayrıca sual olaraq sayta yerləşdirirəm.
0
Sualı tam dolğun cavablandırdığınız üçün təşəkkür edirəm. Ümumiyyətlə cavablar.net layihəsinin AzNet üçün çox böyük əhəmiyyətini yaxın 1 il ərzində hamı hiss edəcək.
0
Salam siz nece qeydiyyatdan kecirsiz eee Axi mende hemise DIL problemi oldugunu yazir (Turk, rus dillerin secsem bele) ????
Siz Google Adsense vasitəsilə necə pul qazana bilerem?
Qeyd edim ki, Google Adsense den gelen ceki artiq Azerbaycanca hecbir bank negdlesdirmir. Bu yaxinlarda mene gelen cekle butun banklari gezmisem. Tekce,Turk Banki YapiKredi edirdi,indi onlar da etmir.
0
Edir edir tam gəzməmisiniz. Texnika bank, bank standart, kapital vank, beynelxalq bank, unibank və.s. edir. Sadəcə hərəsinin bir əmması var. Qüsursuz olan unibank idi onlar da təzəlikcə əlavə pul istəyirlər.
Hormetli Admin. Demek olar ki butun banklari gezmisem,hele saydiqlarinizin hamisinda olmusam. Maraqlisi odurki ,bank ishcilerinin coxu Google sozu esidende adama teeccuble baxirlar,qaldiki o cheki tanisinlar. Hettta,men bir cox banklarda Paypalin ne oldugunu bilmeyenleri gormusem. Cox absurd ve utandirici. Yapi Kredi banki Adsense cheklerini negdlesdirirdi,cunki onlarin Googlenin hesabi oldugu CitiBankla birbasa elaqesi var.Amma indi onlar da etmirler.
0
Bu konkret işçilərin bilgisizliyidir, siz gedin banka, google adı çəkməyin, deyin ki, yol çeki var məndə, nəqdləşdirmək lazımdır, işçi yox desə baş mütəxəssisi çağırmağı tələb edin, belə hallar olub tanışlarda da. unibank təəssüf ki yeni şərtlər qoyub yoxsa birbaşa oranı məsləhət görərdim, digər banklara gedin, əsas ofislərinə.
1
Google Adsense Çekini UniBank-da nağdlaşdırmaq olar. Əvvəl çekdəki məbləğin 2%-ini komission şəklində tuturdular. İndi isə 100 AZN + çekdəki məbləğin 2%-i həcmində komission haqqı tutulur. Digər banklar barədə məlumatım yoxdu.
0
Unibankın son ağlasığmaz şərtindən sonra inanmıram ki, kimsə ora Adsense çeki verə. Standart Bank, Kapital və.s. xeyli sərfəli şərtlərlə edir onlarla müqayisədə
0
Bakida VTB- bankdan çıxartmaq olur ?(ruslarindi)
Sual verin
Cavab verin