16 və 32 bitlik Windows

Salam, 16 və 32 bitlik proqramlar və 16 – 32 bitlik Windows nə deməkdir?


Yadda saxlama
Kateqoriya: Windows əməliyyat sistemi . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(17:07, 19/01/2011 ) #1342

Bu bir qədər, arxitektura məsələsidir.

Tutaq ki, bizim hard disk 160 GB-dır, RAM isə (fiziki yaddaş) 1 GB.
Prosessorun sürəti isə 2.4 GHz.
Proqramın ölçüsü isə 5 Mb. Biz proqramı yükləyəndə əməliyyatlar sistemi
onu hadr diskdən RAM -a yükləyir, daha sonra isə proqramın icrası başlayır.
Proqram prosessor tərəfindən icra olunur və proqramın məlumatları üzərində prosessorun apardığı bütün dəyişiklər RAM-da yadda saxlanır.

Prosessor ilə RAM sistem şini vastəsilə bir-biri ilə birləşir və onlar arasında məlumat mübadiləsi sistem şini ilə həyata keçirilir.

Prosessor RAM-a yüklənmiş proqramı birdəfiyə icra edə bilməz. O
proqramı ancaq xırda-xırda hissələrlə RAM-dan götürüb icra edir.

Bu xırda ölçü proseesorun arxitekturasından asılı olaraq 2, 4 və ya 8 bayt olabilər, başqa sözlə 16, 32 və ya 64 bit.

Bundan asılı olaraq müvafiq arxitekturalı kompüterə yüklənmiş
sistem və ya proqram 16, 32 və ya 64 bitlik adlanır.

Yəni prosessorun birdəfəyə emal edə biləcəyi məlumatın ölçüsü.

Əlavə məlumat üçün onu da qeyd edim ki, prosessorun daxilində də bir neçə dənə kiçik ölçülü yaddaş obyektləri var, buna registr deyirlər.

Məlumatlar sistem şinindən alınaraq məhs prosessorun registrlərinə
yerləşdirilir , daha sonra prosessor bu məlumatı emal edir və RAM-a
yazmaq üçün sistem şininə ötürür.

Bu reqistrlərində ölçüləri müvafiq olaraq 16, 32 və ya 64 bit olur.
128 və daha artıq da ola bilər.

Əlavə 2.

Prosessorun registrlərini (onları assembler dilində adətən eax, ebx, ecx
v.s. adlandırırlar) qətiyyən Windows -un reqistrləri ilə qarışdırmaq
olmaz.

Windows -un reqistrləri hard diskdə olan fayllardır. Windows -un hansısa
faylları bu cür adlandırması assembleri örgənən bir çox proqramçılarda
çaşqınlıq yaradır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:23, 20/01/2011 ) #1354

Əgər sualı “32 yoxsa 64 bit..” kimi qoysaydınız. Deyərdim ki:
1. 32 bit Windows (həmişəki adi) 7-ci versiya 3Gb-dan yuxarı RAM dəstəkləmir.

2. 64 bit Windows-da işləyən hər programı tapmaq olmur (problem 5-10% hallarda yaranır)

Son məsləhətim: Kompyuterdə 4Gb-a kimi RAM varınızdırsa 1Gb-nı qurban verin, 32bit Windows 7 qurun 😉

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:24, 20/01/2011 ) #1355

32bit Windows = x86 Windows

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:50, 12/08/2011 ) #3460

cox sagol qardash aydin izahata gore.bunu axtarırdım sizdən tapdım.teshekkurler.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (1 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (6 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (9 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (10 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (10 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (11 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (22 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (23 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (23 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024