16 və 32 bitlik Windows

Salam, 16 və 32 bitlik proqramlar və 16 - 32 bitlik Windows nə deməkdir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Samir (2011-08-12 18:50:39)
cox sagol qardash aydin izahata gore.bunu axtarırdım sizdən tapdım.teshekkurler.

DrELM (2011-01-20 01:24:50)
32bit Windows = x86 Windows

DrELM (2011-01-20 01:23:40)
Əgər sualı "32 yoxsa 64 bit.." kimi qoysaydınız. Deyərdim ki: 1. 32 bit Windows (həmişəki adi) 7-ci versiya 3Gb-dan yuxarı RAM dəstəkləmir. 2. 64 bit Windows-da işləyən hər programı tapmaq olmur (problem 5-10% hallarda yaranır) Son məsləhətim: Kompyuterdə 4Gb-a kimi RAM varınızdırsa 1Gb-nı qurban verin, 32bit Windows 7 qurun ;)

ahmed (2011-01-19 17:07:45)
Bu bir qədər, arxitektura məsələsidir. Tutaq ki, bizim hard disk 160 GB-dır, RAM isə (fiziki yaddaş) 1 GB. Prosessorun sürəti isə 2.4 GHz. Proqramın ölçüsü isə 5 Mb. Biz proqramı yükləyəndə əməliyyatlar sistemi onu hadr diskdən RAM -a yükləyir, daha sonra isə proqramın icrası başlayır. Proqram prosessor tərəfindən icra olunur və proqramın məlumatları üzərində prosessorun apardığı bütün dəyişiklər RAM-da yadda saxlanır. Prosessor ilə RAM sistem şini vastəsilə bir-biri ilə birləşir və onlar arasında məlumat mübadiləsi sistem şini ilə həyata keçirilir. Prosessor RAM-a yüklənmiş proqramı birdəfiyə icra edə bilməz. O proqramı ancaq xırda-xırda hissələrlə RAM-dan götürüb icra edir. Bu xırda ölçü proseesorun arxitekturasından asılı olaraq 2, 4 və ya 8 bayt olabilər, başqa sözlə 16, 32 və ya 64 bit. Bundan asılı olaraq müvafiq arxitekturalı kompüterə yüklənmiş sistem və ya proqram 16, 32 və ya 64 bitlik adlanır. Yəni prosessorun birdəfəyə emal edə biləcəyi məlumatın ölçüsü. Əlavə məlumat üçün onu da qeyd edim ki, prosessorun daxilində də bir neçə dənə kiçik ölçülü yaddaş obyektləri var, buna registr deyirlər. Məlumatlar sistem şinindən alınaraq məhs prosessorun registrlərinə yerləşdirilir , daha sonra prosessor bu məlumatı emal edir və RAM-a yazmaq üçün sistem şininə ötürür. Bu reqistrlərində ölçüləri müvafiq olaraq 16, 32 və ya 64 bit olur. 128 və daha artıq da ola bilər. Əlavə 2. Prosessorun registrlərini (onları assembler dilində adətən eax, ebx, ecx v.s. adlandırırlar) qətiyyən Windows -un reqistrləri ilə qarışdırmaq olmaz. Windows -un reqistrləri hard diskdə olan fayllardır. Windows -un hansısa faylları bu cür adlandırması assembleri örgənən bir çox proqramçılarda çaşqınlıq yaradır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 10 PC yeniləməsi

Windows backup

komputeri format etmək olmur

Windowsun dvd-yə yazılması və özü özünə başlaması

BlueStacks haqqında kömək lazımdır

Video kartla bağlı drayver məsələsidir.