Salam mən 2 windows yükləmişəm onlardan 2ci yüklədiyimi necə silim ki köhnə qalsın və açılanda bir başa ora keçsin ? [redaktə edildi.]
Salam mən 2 windows yükləmişəm onlardan 2ci yüklədiyimi necə silim ki köhnə qalsın və açılanda bir başa ora keçsin ? [redaktə edildi.]
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
4
My Computer Properties-ə girin. Advanced səhifəsində Startup və Recovery yazılan yerdə Settings düyməsi var, ona vurun. Açılan pəncərədə “Default Operating System” olaraq siyahıdan istədiyiniz əməliyyat sistemini seçin.
2
Əlavə olaraq boot.ini faylını “Notepad”də açıb bu kodun:
_______________________________________________
[boot loader]
timeout=30
default=multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS
[operating systems]
multi(0)disk(0)rdisk(0)partition(1)\WINDOWS=”Qalmasını istədiyiniz əməliyyat sisteminin adı” /fastdetect
multi(0)disk(0)rdisk(0)partition(2)\WINDOWS=”Silmək istədiyiniz sistemin adı” /
_______________________________________________
son sətrini silərək də yoxlamaq olar. Amma yaddan çıxarmayın ki, sildiyiniz əməliyyat sisteminizə aid fayllar hələ də qalacaq.
0
Boot.ini faylında dəyişiklik etmək istəsəniz, mütləq kopyasını alın. Nəyisə səhv dəyişsəniz, əməliyyat sistemi açılmaya bilər, ona görə bu variantı yazmadım.
0
Bilirsiz men Cavid Ağa sizin yazdiginizi etmisem ama yenede Windows default olur ve vaxt biten kimi 2cini acir ve ERROR verir ama BOOT.inide onu silmisem yalniz mene lazim olan qalib bes nece edimki birinci acilsin avtomatik? (ikinci sildiyim windowsdur silsem bele onu acir)
1
Sizdə deyəsən iki ədəd boot.ini var, o biri D: diskindədir. Çünki, burada cavab yazanlar hər şey düzgün olduğu kimi izah ediblər, başqa variant qalmır.
Sual verin
Cavab verin