1 sualım olacaq ebayda göstərilən qiymətlər bizə gəlib çatınca neçəyə olar? Məsələn 100 man qiyməti olan bir mal bizə gelincə nə qədər üstünə gəlir. Bir də burda necə çatdırılır Azərbaycanda yəni, karqodanmı alırıq, yoxsa bu işlə məşğul olan şəxslərmi var? (sual redaktə edilib)
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
bu ebay barəsindəki yazışmlar məni lap həvəsləndirdi, xahiş edirəm məsləhət verin(yalnız mütəxəssislər haa)ki,ebayın xidmətlərindən yararlanmaq olar yoxsa yox?
0
Xahiş olunur sualı Azərbaycan əlifbasında yazın. Axı bu haqda yazılıb SUAL VER bölməsində.
Suala gəldikdə isə başqa sualın davamını elə o sualın öz pəncərəsində versəniz daha yaxşı olar fikrimcə.
1
Ebayda hər hansı malın shipping detailsində yazılır ki o Azərbaycana neçəyə çatdırılır. Kiçik həcmli mallar 0-5$ arası çatdırılır adətən. Və tutaq ki malın dəyəri 30 dollardır. Siz belədə malı alarkən 35$ ödəyirsiniz vəssalam. Mal poçt vasitəsilə düz evinizə gətirilir.(7-25 gün çəkir adi çatdırılma-adətən) Əgər poçtalyon evinizi tapmasa ən yaxın poçt şöbəsi sizə zəng edib sizi poçta dəvət edir. Və malın həcmi böyük olduqda poçt da rüsum alır sizdən, amma kiçik məbləğdə. 50 qəpik, 1 manat və.s. belə miqdarda
təşəkkürlər həm cavaba, həm məsləhətə görə.əlifbani dəyişməyi unutdum sorry.bəs ebayın göndərdiyi ölkələr arasinda Azərbaycan yoxdur axi?
0
ebay özü heç nə göndərmir, məhsulu satan göndərir. Yuxarıda yazdığım bölmədə çatdırıma olan ölkələrin adları olur, içlərində Azərbaycan varsa deməli o məhsul bura gəlir. Əksər hallarda var bizə çatdırılma
Sual verin
Cavab verin