Saytların yaradılması

Mən saytların yaradılması sahəsi ilə maralanıram. İlk nədən başlasam, daha yaxşıdı?


Yadda saxlama
Kateqoriya: Web Developement . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(13:44, 25/03/2011 ) #2117

Əgər siz “saytların yaradılması” deyərkən bloqların yaradılmasını nəzərə tutursunuzsa:
Məsləhət görürəm ki, pulsuz bloq yaratmaq imkanı verən saytlardan istifadə edin. Məsələn blogger.com saytında qeydiyyatdan keçin (Google`də hesabınız varsa qeydiyyata ehtiyac yoxdur) və bloqunuz üçün ad, ünvan, dizayn və s. seçin. Bu addımlardan sonra bloqunuz hazırdır. Bloq hazırlamaq sizə bəzi sayt qurmaq üçün lazım olan vərdişlərin formalaşmasında kömək edəcək.

Geri Qayıdaq. Əgər siz bloq yox portal açmaq istəyirsinizsə:
belə saytalrın qurulması nisbıtən çətindir. Burda sizə Domain, Hosting, Database, Script, PHP, ASP, HTML kimi texnologiyar lazım gələcək. Onların izahını da qısaca verim:
Domain – saytınızın adıdır (məsələn, togrul.info)
Hosting – saytınıza internetdə yer lazımdır. Bu yerə Hosting deyirlər
Database – saytınızın məzmunu burada saxlanılır
PHP, ASP – hosting və databasedən istifadə edərək saytın məzmunu bir araya gətirən və sizə başqa əlavə imkanlar verən proqramlaşdırma dillərdir.
Script – hazır şəkildə, başqaları tərəfindən hazırlanmış kod yığını.
HTML – istifadəçinin ekranında anlaşıqlı bir şey görməsi üçün vacibdir.
Sayt qurmaq istəyirsinizsə bu texnologiyaları tanımaqda fayda var

Yenə geri qayıdaq. Əgər siz sayt qurmaq deyərkən daha qəliz sistemlər , məsələn hələ heç yerdə oxşarına rast gəlmədiyiniz bir sayt, qurmaq istəyirsinizsə onda bir peşəkara bunu sifariş etməyiniz məsləhətdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:40, 25/03/2011 ) #2118

İlk öyrənməli olduğunuz şey (x)HTML və CSS-dir.
Bunun üçün məsləhtli giriş kitabı “head first html with css & xhtml”
Bu kitabı bitirəndən sonra Head First Web Design kitabını oxuya bilərsiz, burda vebsayt haqda nəzəri biliklərdə danışılır, rəng nəzəriyəsi, naviqasiya filan.
Daha sonra JavaScript öyrənmək lazımdır. Bura qədər öyrəndikləriniz vebsaytı client tərəfi idi. Yəni istifadəçini gördüyü tərəfi. Bu biliklərlə gözəl ama statik vebsaytlar yarada bilərsiniz, yəni hərdəfə yeni nəsə daxil edilməyəcək saytlar.
Bundan sonra server tərəfə keçirsiniz. Server tərəf istifadəçinin görmədiyi hissədir, burda yazılmış kodlar gördüyünüz saytı təşkil edir, şəkilləri yazılar və sair daxil edir.
Mən məsləhət görərdim PHP öyrənəsiniz. PHP oxuyacağınız kitabların çoxusu database haqda da yazacaq. Bu iki texnologiya PHP və database sizə veb saytin server tərəfini qurmağa imkan verəcək.
Bunları öyrəndikdən sonra bir neçə CMS-lə tanış olacaqsınız, başqa server side dillərin (ASP, ASP.NET C sharp ya VB, Java, Perl və sair) tanıyacaqsınız. İstəsəniz onları da öyrənə bilərsiniz.
Flash veb saytlar haqda oxuya bilərsiniz, saytın dizayn tərəfinə yönəlirsinizsə jQuery, veb qrafika üçün photoshop, AJAX və sair də öyrənə bilərsiniz. developer terefe yonelirsinizsə digır server side dilləri də öyrənmək lazımdı.
hamsı bir dəfəyə olmur. birincidə başlıyın:):)
uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:22, 25/03/2011 ) #2119

İlk öncə maraqlandığınız sahənin çox gözəl və Azərbaycanda gələcəyi olan bir sahə olduğunu nəzərinizə çatdırmaq istiyirəm.

İlk öyrənməli olduğunuz şey HTML və CSS-dir. Yuxarıda yazılanlar düzgündür, amma yeni başlayanı bir qədər qorxuda bilər. Siz HTML və CSS-i öyrənin. İlk 3 ayda hədəfiniz bu iki dil olsun.

Sizə uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:38, 26/03/2011 ) #2121

Duzdur en esas HTML sonra PHP daha sonra css bilmek lazimdir.Lazim olsa menimle elaqe saxla sene daha izahli basha salim email:[email protected]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:59, 27/03/2011 ) #2123

1.Özunuzə bu sahədə istiqamət müəyyənləşdirin:Veb dizayner və ya veb proqramci.
2. HTTP və Veb,Veb server haqda məlumatlanın.
3.Əgər veb dizayn isə: Adobe Photoshop,Corel drav,Adobe flash
4.Hər iki halda HTML,CSS
5.Veb proqramci isə Javascript,Jquery,PHP (və yadud basqa veb prqoramlaşdırma dilləri).Və yaxsi olardi ki veb serverlər haqda da öyrənəziniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:24, 29/03/2011 ) #2130

mene ne meslehet gorerdiniz? html bilikleri var amma sayt duzeltmek ucun sizce PHP yoxsa ASP.NET C# yaxsidi? (C#-i bilirem)
birde ASP.NET-le isleyende hansi bazadan istifade olunur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:32, 29/03/2011 ) #2132

    Sevinc, C# bildiyiniz halda ASP.NET ilə sayt qurmaq sizə çox asan olacaq. Hansı yaxşıdır sualına qısa cavab verməli olsaq birmənalı olaraq PHP cavabını verirəm. Amma təbii ki imkan baxımından hər ikisi eynidir və istənilən ağırlıqlı layihələri qurmaq mümkündür. ASP.NET hazır komponentlər baxımından işi xeyli asanlaşdırır və kod yazmaq işini xeyli azaldır. PHP-də isə demək olar hər şey kod ilədir. Ona görə də fikrimcə sizə ASP.NET daha asan olar, çünki o mühitin məntiqini artıq bilirsiniz, PHP isə öyrənməyə asan olmasına baxmayaraq burada hər şey fərqlidir və hər şeyə 0-dan başlamalı olacaqsınız.

    ASP.NET-dən istənilən DB-yə bağlanmaq mümkündür. Connection stringi verirsiniz, vəssalam. Amma ona doğma olan SQL SERVER-dir, çünki hər ikisi Microsoft məhsuludur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:35, 02/04/2011 ) #2156

salam nicat_behbudov xahis menede oyrede bilersn?? emailimmi yaziram elaqe saxlayarsan mkan olsa [email protected]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Xif mn kodu (7 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (26 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (33 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (38 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (47 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (51 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (53 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (53 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (55 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (61 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (61 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (61 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (62 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (62 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23287 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024