Salam, mən Gmail-də özümə öz domenimə uyğun mail yaratmışam, amma indi aydın oldu ki mən göndərdiyim mesajlar yalnız mail.ru-ya gedir, heç yerdən isə mesaj ala bilmirəm. Bu nədən ola bilər?
Salam, mən Gmail-də özümə öz domenimə uyğun mail yaratmışam, amma indi aydın oldu ki mən göndərdiyim mesajlar yalnız mail.ru-ya gedir, heç yerdən isə mesaj ala bilmirəm. Bu nədən ola bilər?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
İlk öncə məlumatı olmayanlar üçün kiçik qeyd edim. Siz deyən bu prosesdə 2 mərhələ var.
1. Mailinizə göngərilən məktubların gmailə gəlməsini təmin etmək.
Bunu da 2 cür etmək olar, domainə uyğun hostun panelindən daimi yönləndirməni təmin etmək, hansı ki bu daha asan həlldir. İkincisi də mailin MX-larını dəyişib maillərin birbaşa gmailə gəlməsini təmin etmək, bunu etmək üçün bir az bu sahədə təcrübə lazım.
2. Gmaildən o mailinizin adından məktub göndərə bilmək. Bu isə daha asan həllə malikdir, gmaildə settingsdə Send mail as bölməsinə maili tanıtmaqla olur.
İndi zəhmət olmasa deyin, siz öz mailinizi gmailə hansl prosedurla bağladınız və bu problem meydana gəldi?
0
cavaba görə təşəkkürlər, google appsla domenimi qeydiyyatdan keçirdim, mailin gedib getməməsini yoxladım (köhnə mail.ru, box.az accountuma göndərdim, ondan da geri yoxladım). mail.ru ilə problem yoxidi, amma box.az-a çox gec gedib çatdı+mənə göndərilən maillər çox gec gəlir (1 vəya 2 saat sonra). Problem hostinqdə ola bilər? (Superonlinedi, ona görə deyirəm 😀 )
Sual verin
Cavab verin