Salam. FileZilla proqramı ilə saytın hostingindən faylları download edirəm və faylların bir hissəsi yüklənəndən sonra avtomatik olaraq FileZilla mənim serverdən ayrıldığımı deyir və yenidən qoşulmaq üçün çalışır, çalışır və çalışır. Bu əməliyyatlardan sonra həmin kompüterdən heç həmin sayta browserdə də baxa bilmirəm, açmır. Başqa bir yerdən həmin saytı aça bilirəm və yenidən ftp-dən faylları kompüterimə transfer etmək istəyəndə yuxarıdakı problemlə rastlaşıram. Təxmini olaraq ağlıma gəlir ki bu hosting şirkətinin transfer məsələsində limiti ilə bağlıdır. Bu mövzuda fikirlərinizi öyrənmək çox xoş olardı. Əvvəlcədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Bəli, ola bilər ki hostinq məhdudiyyətidir, çünki normalda belə hal olmamalıdır. Siz support-a yazın ən yaxşısı, nəticəsi ilə bizi də tanış edərsiniz.
0
FileZilla proqramını ümumiyyətlə istifadə etməyi məsləhət görmürəm, WinSCP ən yaxşısıdır. Amma burada problem holtinglikdi yəginki.
0
Cavablara və kömək etmək istəyinə görə təşəkkür edirəm. Mən problemi FTP ilə deyil Cpanel vasitəsilə həll etdim. Cpaneldən Full Backup edib faylları yüklədim.
Sual verin
Cavab verin