Salam. Bütün saytların demək olarki, bir neçə dildə növləri olur. Yəni, hər hansı sayta daxil olduqda, Azərbaycan dilində yazılar olur. İstəyə uyğun olaraq, saytı alman, ingilis, rus və s. dillərdə olan versiyalara çevirmək olar. Bunun üçün hansı kodlar lazımdı? Və ya nə etmək lazımdı? Bilən varsa, kömək etsin. Təşəkkür.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Bu artıq html, css, javascript brauzer tərəfli məsələ deyil. Bu sırf proqramlaşdırma dilində serverdə həll olunur. Bunu ürəyiniz necə istəyir elə də reallaşdıra bilərsiniz, yetər ki hər hansı proqramlaşdırma dili öyrənilsin.(php, asp.net, jsp, ruby, python və.s.). Öyrəndikdən sonra cəmi bircə dəyişənlə saytın dilini dəyişmək olur. Sadə formasını izah edim. Tutaq ki bazada hər 3 dildə məlumatlar var. Bazada hər cədvəldə DİL sütunu var ki, bu da az,en,ru qiymətlərini alır. Və biz saytın kodunda saytın hansı dildə olduğunu bayraq ikonkalarına klikləməklə dəyişdikdə saytın dili dəyişəninin qiyməti bazadan məlumat alınarkən nəzər alınır. Vəssalam.
Əgər aydın olmadısa eybi yox. Məsləhət görərdim ki, ilk öncə mütləq hansısa proqramlaşdırma dilini öyrənəsiniz. Ondan sonra bu tip məsələləri artıq özünüz təkbaşına həll edə biləcəksiniz.
0
Təşəkkür Admin
Sual verin
Cavab verin