Assalamualeykum əziz qardaşlarım!
Qardaşlar, mən notebook almışam. mənə notebookun parametrlərinə uymayan bir adapter verilib. Sizə təqdim edirəm.
Notebook enerji girişi:
İnput 6.5A ve 18.5Vdc
Amma adapterin çıxışı:
4.74A ve 19V
Mən, notebooku yoxlayan mütəxəssisə adapterin notebooka görə düzgün seçilməməsini bildirdim.
O isə mənə etiraz edərək bu adapterin notebook üçün heç bir problem yaratmayacağını bildirir.
Amma bildiyimə görə, notebookun Voltundan adapterin yüksek voltajı ve notebookun amperinden adapterin aşağı voltajı notebook ve adapter üçün problem yaşadacaqdır.
O isə bununla razılaşmır.
Bu mövzuda qardaşlarımın görüşlərini öyrənməyim mənim üçün çox maraqlıdır.
Bir də sorusmaq istərdim ki, gərginlikləri(volt) eyni olmaqla adapterin amperi notebookun amperinden yüksək olarasa bu notebooka zərər verməz ki? Səbrsizliklə cavablarınızı gözləyirəm. Haqqınızı halal edin.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Bu adapteri işlətməyin. Parametrler heç uyğun gəlmir. Nəticədə komputerin içindəki rezistorlar qızacaq və ömrü sürətlə azalacaq. Komputerin batareyası da lazımi qədər enerji almadığından dolması üçün çox vaxt alacaq və o da qızacaq. Çox təəssüf ki Azərbaycanda belə satıcılar ya da ustalar çoxdur. Həmin an komputer işləyə bilər ya da həmin adapterə taxıldığı an ziyan görə bilər. Bunun heç bir mənası yoxdur. Adapter onun üçün hesablanmayıb, onun verdiyi enerji daha azdır. Sizin komputerinizin daha güclü adapterə ehtiyacı var. Buna görə komputeri həmin adapterlə işlədib daha çox itki verməyin. Originalı tələb edin.
Sual verin
Cavab verin