Verilmiş domendə olan bütün e-maillərə gələn məktubu müəyyən ünvana yönləndirmək

Salam. Əgər domain.com ünvanı mənə məxsusdursa və xxx@domain.com adlı e-mail hesabı mövcud olmadan həmin ünvana gələn məktubları verilmiş e-mail`ə yönləndirmək mümkündürmü ? Yəni "xxx" burada şərti addır. İstədiyim odur ki, "xxx" əvəzinə istənilən söz yazıldıqda (hətta həmin adlı hesab mövcud olmadıqda belə) məktub verilmiş e-mail hesabına yönlənsin. Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Valeh Hajiyev (2011-07-21 14:48:15)
Əla alındı. Çox sağ olun :)

Bayramov (2011-07-21 08:14:15)
cPanel varındır? cPanel varındırsa, Mail > Default Address-dən "Send all unrouted email for:" quraşdırmasında *@sayt.com (bütün mövcud olmayan email hesabları) üçün bütün mailları istədiyin adresə yönləndirə bilərsən. http://www.bayramov.info/mail.jpg

Valeh Hajiyev (2011-07-21 01:42:17)
Cavablara görə təşəkkür edirəm. Tək hesabı yönləndirməni bilirəm. Mənə adminin qeyd etdiyi *@sayt.com tipli mailləri hamısını yönləndirmək lazımdır. Bunu shared hosting`də etmək mümkün deyil ?

admin (2011-07-20 22:35:29)
Şəxsi serverlərdə isə istənilən hoqqalardan çıxmaq olar config fayllarında işləməklə. Məsələn *@sayt.com tipli maillərin hamsını hansınasa yönləndirmək və ya custom message ilə autoreply etmək.

admin (2011-07-20 22:27:52)
Email accountu yaratmaq lazım cpaneldən, daha sonra ana səhifədən FORWARDERS bölməsindən girib yönləndirmə etmək mümkün, kənar emaillərə, gmailə filan da yönlənmə mümkün. Forwardsız direct yönləndirməni isə yenə də ana səhifədəki MX ENTRY bölməsindən etmək lazım, amma bu bir az incə məsələ, lazım olsa onun necə edilməsi yolu haqda mənbə yazaram

intiqam (2011-07-20 22:22:34)
mail forvarding funksiyası ilə etmək olar. amma xxx@domain.com mövcud olmadıqda mümkün deyil məncə

intiqam (2011-07-20 22:12:19)
domendə də və hostingin özündə də mail forvarding olmalıdı ki həmin xxx@domen.com ünvanına gələn mailləri istifadəçinin istəyi ilə digər ünvana göndərsin. amma bu ünvan xxx@domen.com mövcud deyil yox ola bilməz. gmail də də Check mail using POP3: funksiyasından da istifadə etmək olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gmail, yoxsa Hotmail?

E-mail filter

Lycos-da qeydiyyatdan keçməkdə problem

Sayt daxilində e-mail göndərmək

Facebook profilin oğurlanması və Polisə müraciət

Telefon ilə e-mail açmaq olur?