Facebook profilin oğurlanması və Polisə müraciət

Bir necə suallarım olacaqdı xahiş edirəm aşağıdakı mətni oxuyub sualları cavablandırasız.

Deməli mənim bir facebook profilim var 2011-den bəri onu işlədirdim. 2014-cü ilin iyun ayında başqa bir profil yenə açdım 1-2 ay işlətdikdən sonra mənə lazım olmadı daha işlətmədim. Sonra bilmirəm kimsə mənim bu yeni açdıqım profilin şifrəsini öyrənib Qohumum haqqında çox təhqir edici ifadələr işlədib nömrəsin paylayıb yəni namusuna toxunacaq şeylər yazıblar.(həmin gündən sorna həmin adama 100 dən çox zəng gəlib.) Sonra onlarda araşdırıblar ki görəsən kimdi bunu yazan yəqinki qohumduki hamını tanıyır. Onlarda kim kompdan başı çıxırsa hamının telefon nömrələrini e-mail saytlarında axtarıblar və tapdıqı e-mail ilə facebookda axtarış ediblər və görüblər ki həmin şeyləri yazan adam çıxır. Və bu işdə mənim üstümdə qalıb. Məndə biraz araşdırdım oğurlanmış olan e-malimin şifrəsini tapdım və faccebookdan şifrəmi unutdumdan istifadə edərək facebookda daxil oldum. Lakin təhqir edici ifadələri görmədim ama facebookda adımın dəyişdiyini gördüm. Addaki həmin təhqir edilən xanımın adıdır. O, Təhqir edilən şəxslərdə polisə demiyiblərki güya qohumuq vəs . ama yenədə bu iş mənim üstümdə qalıb.

Suallarım

1. Burda yazılanları eynilə polisə desəm və mənə şər atanlar haqqında şikayət edə bilərəm?
2. Azərbaycanda Kibercinayətlərin axtarılması tapılması və.s inkişaf edib yəni profilim kim tərəfindən ələ keçirilib təhqirləri kim edib bunu tapmaq mümkündür yoxsa əziyyət çəkməyə dəyməz.?
3. Allah eləməsin birdən araşdırdılar və əldə tutulacaq bir ip ucu tapmadılar və bu iş üstümdə qaldı. Bunun cəzası nədir? həbs,pul cəzası və.s (nə qəsər, neçə il)
4. Polisə yuxarda yazılanalrı desəm, şikayət etsəm, profilim oğurlanması tapılmasını istəsəm vəs bu tip şeylər pulludur yoxsa pulsuz əgər pulludursa nəqədər xərc çıxır?

Çox xahiş edirəm kim bu sualı görsə bir cavab yazsın.

Təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(03:23, 11/01/2015 ) #51779

Çox qarışıq mövzudu. Acıqı yazdıqını polisə danışsan günahkar sayılarsan. Çünki YAzdığlarında məntiqsiz olan şeylər var. Misal üçün 1 profilin var idi. 2 cini nie acdın? Yaxud profil sənindi niə idarə etmirsən? Parolu oğradılar yaxşı bu baışa düşüldü, Görünür KOM dan narmal anlayışın var. Ən azından bilməli idinki sənin profilinlə başqası giribsə deməli İP adresdə dəyişib həmən profildə və bunun nəticəsində tapmaq bəlkədə mümkün olardı.Amma sən bunuda korlamısan. Ondan Sonra Profilini oğrayan 1-ci sənin logini hardan bilir? 2-ci Sənin Qohmunu hardan tanyır? Lap tutalım ki, səni tnıyır və qohumundakı həmən xanımıda tanıyır ( ƏLBƏTDƏ ƏYƏR SƏNİN PAROLUNU OĞRAYIRSA DEMƏLİ KOMPÜTER BİLİYİNDƏ SƏNDƏN SAVADLIDIR ) bəs bunu nəzərə almayaraq İP söhbətinfikirləşmir? Fikirləşir deyirsənsə Deməli Başqa Profildə aca bilərdi. Fikirləşməyib deyirsənsə Deməli o yazılar sənin tərəfindən yazılıb. Və qaldıki polisin bu məsələyə baxmaqına. Əlbətdə baxacaqlar. Xuliqanlığ gedir bu baş verən. Və Xulqanlığında müxtəlif növləri var. Bu Barədə Bəlkə Cinayət məcəlləsində Tapa Bilərsən. Fikirlərimi Aydın Və Qraqdan Necə görünürsə Elə YAzdım Xətrinə Dəyməsin Acıq-aydın yazmağım.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (04:52, 11/01/2015 ) #51783

    Çox sağ olun vaxt ayırıb yazdığınız üçün. Məndə onu fikirləşirəm necə olsada bu iş mənim üstümdə qalacaq yenədə cəzalanan mən olacam. İndi bilmirəm polisə müraciət edim ya yox. Yəni Türkiyə kimi ölkə olsaydı ən azından axtarıb taparlar inanmıram bizimkilər dərinliyinə qədər gedər. Məsləhət nə bilirsiz mənim yerimdə olsaz nə edərdiz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:11, 11/01/2015 ) #51802

      Mesajlar sadəcə söyüşdürsə, təhdid etmə, şantaj etmə və.s. yoxdursa o halda polislə problem olmaz heç bir halda, narahat olmayın, uzağı inzibati xəbərdarlıq kağızı ilə bitər. Pul və həbs cəzasını unudun.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:12, 11/01/2015 ) #51786

Əger siz hələdə özünüzü haqqlı çıxardacaq subut tapa bilməmisizse o zaman inanmayın bunu kimsə edə biləcək.

Siz facebook-un yardım mərkəzine yazılı formada probleminizi anladın. Ola biler ki onlar sizin profile daxil olan iplərin siyahısını göndərsin.Və bu sizin üçün ən yaxşı subutdur.

Bundan başqa özünüzü polisin yerinə qoyun.Bir polisin sizə verə bilecək sualları özünüz özünüzə verin.
Dədiz ki yazılan mesajlar profilinizdə yox idi yəni ki silinib.Siz hər hansı bir yolla o mesajın məzmunu əldə etməyə çalışın.Mesajın məzmunundan bərkədə sizə onun kimliyi aydın olacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:50, 11/01/2015 ) #51824

Salam.mence olan olub.onsuz da gec tez heqiqet uze cixir.Bos verin getsin.siz duz olannan sonra kim ne isteyir desin.etmediyiniz bir seyi cammata subut etmekden daha size xos olan faydali islerle mesgul olun.onsuz da polis neyise subut etse de tutaq ki,adamlar neye inanmaq isteseler ona inanirlar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:12, 12/01/2015 ) #51847

Qaqa bu veziyette bizimde kentte bele birsey olmusdu bir profil acilibda ora bir qadinin nomresi yazilmisdi 20 azna cixir deye bunu hemen qadinin ailesi bildide polise heryere sikayet edildi ama hecne olmadi cunku o adi acan adam profisyanal idi cunku arxasinda hecne braxmadan isini gormusdu o elecede unuduldu getti birce o qadingil teref xerce dusdu vessalam indi bele insanlaroz ip adresi ele kecmesin deye gedib internet klubda isleyirler veya bir opera mini yukleyir ip adresi deyisir isini gorur sora hemen operani silir ayri birini yukleyir ayqa internet sirleri coxdu

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:23, 12/01/2015 ) #51849

Siz yazmısız şifrəni yenidən özüm bərpa etdim, şifrə qoyan adam isə adətən ya öz nömrəsini yazır ya adını yazır, bəs şifrəni bərpa edərkən fikir vermədiz bu informasiya (şifrə) kimə məxsus ola bilər? Çünki sizin şifrəni oğurlayan adam sadəcə sizin və həmən təhqir olunan qızın tanışı ola bilər. Burada polisə ehtiyac yoxdur, qızla birləşib həmən adamı tutmaq olardı, sadəcə xırda detallara fikir vermək lazım idi. Özünüzdə düşünün niyə o qədər dostun içərisində məhz həmən qohumu seçib?! Suallar çoxdur sadəcə cavab verərək, cavabları əlaqləndirin onda ehtimal olsada günahkar haqda çox şeyi öyrənə biləcəysiz. Bunu uzaq adam edə bilməzdi. Polisə qətiyyən müraciyət etməyin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:27, 29/01/2015 ) #52412

    Cavabınız üçün çox sağ olun . polisə müraciət etmədim bizim polisləri yaxşı tanıyıram adamı borclu çıxarırlar)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:53, 14/03/2016 ) #62110

En pis halda bir vekil tuta bilersiz,o bu ishleri hell eder.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:16, 02/11/2016 ) #65788

Sual duzdu coxdan verilib. Onu qohumda sindira biler paroli bir basqasida. Facebookda yazilir axi nece saat evvel flan markali telefon bu saatda senin profilinde olub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024