İnformasiya Texnologiyaları fakültəsi

Salam. İnformasiya Texnologiyaları fakültəsi hansı universitetdə daha yaxşıdır və nələr öyrədirlər . Sağolun


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

hecarda) ozun orgen

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:40, 23/07/2011 ) #3154

    Qafqaz universiteti yeganə məsləhət gördüyümdür. Orda praktikaya önəm verilir, daha uzun-uzun mənasız nəzəriyələr oxunmur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:15, 24/07/2011 ) #3165

Mən də Qafqaz universitetin məsləhət görürəm. Bu birsi univeristetlərdə
Paskaldan , bəzən də basik-dən başqa heçnə örgətmillər təəssüf ki.
Bunlar da keçən əsrin 70-ci illərində istifadə olunurdu, indi heç yerdə
Paskal ya da basiki bildiyinə görə adamı işə götürməzlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:07, 24/07/2011 ) #3166

Təşəkkülər hər birinizə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:01, 26/07/2011 ) #3175

Qardash bashqa senet sec. Bax sonra demeki deyen olmadi!
Informasiya Texnologiyalarini ozunde oyrene bilersen istediyin zaman.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:03, 26/07/2011 ) #3176

    Kökündən yanlış fikirdir. İnformasiya texnologiyaları sahəsində ali təhsil olması çox vacibdir. Universitetdə keçilən dərs, göstərilən yol beyin təkamülünü təşkil edir, bunu müstəqil etmək mümkün deyil, müstəqil olanda pərakəndəlik olacaq. Həm də şərt təkcə universitetdə keçilən dərsdə deyil, məhz əsas qızıl 4 ilin nəyə sərf olunmasındadır. Əgər bu 4 il başqa ixtisasa sərf olunacaqsa, sonradan İT sahəsinə dair nəsə öyrənmək cəhdi ancaq yarımçıq papaqçılıq olacaq və nəsə alınsa belə bu “İT fəhləsi” dərəcəsindən o tərəfə keçməyəcək. Bir də ki, adam əvvəl axır İT-də işləyəcəksə, başqa ixtisas onun nəyinə lazımdlr? İnsan məhz istədiyi sahəni seçməli və özünü ona həsr etməli.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:53, 26/07/2011 ) #3180

Admin ile raziyam. Mənim həvəsim və hədəfim bu sahəyədir. Özüm oyrənsəm belə mənə diplom lazım olacaq. İT MANAGER , fikrinə hörmət edirəm ancaq səninlə razı deyiləm )) Hamınıza bir daha təşəkkülər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:32, 28/07/2011 ) #3206

admin, kokunden yanlish fikir zad deyil.
Komputer azerbaycana hele teze teze ayaq acan vaxtlari Azerbaycanda hec bu fakulte yox idi, hami xarici edebiyyat ve forumlar sayesinde neyise elde ede bilirdi. Indi ise yeni yeni IT sahesine aid fakulteler var amma deyishen bir shey yoxdur. goturek proqramlashdirmani Aznetin 95% hazir CMS -lerden istifade edir. ve yaxud mene Puxteleshmish illerin sinagindan kecmish bir user istifadesi ucun Azerbaycan proqrami gosterin. Hani iller boyu Azerbaycan universitetlerinden chixan o proqramistler ?!!!!
Azerbaycanda IT sahesinde ishleyen insanlarin emeyine qiymet veren yoxdur.
Hec uzaga getme Azerenerji kimi bir dovlet shirketi Sistem Administratoruna 500-600 azn maash teklif edir. halbuki bu mebleg en azi 1200-1800 azn arasinda deyishmeldiir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:29, 28/07/2011 ) #3210

    IT manager, o fikrin yanlış olması gün kimi aydın məsələdir, bunu inkar etməyinizlə nəsə dəyişən deyil. Yəni bu haqda uzun uzadı yazmağım da mənasız olar.
    Qaldı digər fikirlərinizə, ədalətsizlik qiymət verməmək və.s. belə halların olmasını heç kim inkar etmir, amma bunun mövzuya aidiyyatı yoxdur.
    Kompüter Azərbaycana ayaq basan vaxtlardan da öncə EHM ilə bağlı fakültələr olub bizdə, istər BDU-da, istərsə ADNA-da. Yəni kompüterin inkişaf tarixi ilə paralel olaraq Azərbaycanda bu sahə tədris olunub, minimum 39 ildir bu ənənə var bizdə(1972-dən). Əlbəttə beynəlxalq səviyyədən zəif, amma hər halda kafi səviyyədə.
    Aznetin vəziyyəti ilə bağlı fikirlərinizlə razıyam. CMS deyəndə siz bilirəm başıbəlalı DLE-ni nəzərdə tutursunuz, həqiqətən də DLE-dən iyrənc səviyyədə istifadə Aznetin bəlasıdır. Ümumən isə CMS-dən, məsələn yüksəksəviyyəli CMS olan Drupal və WordPress-dən səliqəli və yerli yerində istifadə özü sıfırdan kod yazmaq qədər bacarıq tələb edir və hətta 100% Aznet Wp və Drupalda otursaydı, bacarıqla işləsəydilər şəxsən mən çox razı qalardım. Yəni ki 0-dan nəsə yazmaq heç də həmişə vacib deyil, əsas qarşıya qoyulan məsələnin yüksək səviyyədə həllidir. Onu da istəyən 0-dan yazar, istəyən framework ilə yazar, istəyən də CMS-də.
    Azərbaycan məhsullarına gəldikdə isə Azərbaycan hansı digər sahədə dünya öncülüdür ki, proqramlaşdırmada da ola? Ölkə postsovet məkanıdır, indi indi özünə gəlir, indi indi dünyadan xəbər tutur, bizdən milli Linux, WordPress, nə bilim Python kimi məhsullar gözləmək sadəlövhlük olardı.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:44, 28/07/2011 ) #3207

Senet secmek deyendeki, qardashin eger DAYDAY -yi yoxdursa ve Azerbaycanda qalib ishleyib ozune karyera qurmaq siteyirse bu ona chox chetin olacaq ve ona gorede deyirem ki imkan varsa bashqa senet sec.
Azerbaycanda isteyirsen 5 ayri ayri univerlerde IT sahesi uzre inistut bitir xeyri olmayacaq. cunki hara getsen senden formal olaraq diplom sorushacaq.
Azerbaycan shirketlerinin choxu Diplom ve bilikden chox bu sahe uzre ish tecrubesine guvenirler.
Adam taniyiram bu sahe uzre qirmizi diplomu var amma kondisioner ustasi ishleyir.
Men ozum Rusiyada 6-il Informasiya sistem Texnologiyalari uzre oxumusham.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:37, 28/07/2011 ) #3211

    İT sahəsi ən az daydan tələb edən sahədir və müəyyən qolda ixtisaslaşan adama istənilən qədər iş var. Şəxsən mən İT dostlarım arasında elə birini tanımıram ki, işə dayday ilə və ya rüşvətlə düzəlsin. Hər biri ən aparıcı firmalarda, nəhəng şirkətlərdə çalışır və təbii ki daydaysız filansız. Dayday əsasən yola verilə biləsi işlərdə lazım olur, məsələn kabinet işi, beyin tələb etməyən adi praktik işlər və.s. Amma məsələn proqramlaşdırmanı götürək, orda adama tapşırıq verilir və nəticə lazımdır, bilməyən adam bu sahədə bir gün də işləyə bilməz. Mütləq bilənlər lazımdır ki işi daşıya bilsinlər.
    Ciddi şirkətlər diplom tələb edirlər, təbii ki onlar üçün əsas bilikdir, bilik imtahanından keçdikdən sonra onsuz da sonda diplomu təqdim etməli olacaqsan ki işə qəbul olasan.
    Bu sahədə olan adamsız bu cümləni yaxşı başa düşərsiz: Diplom ciddi bir yerdə işləmək üçün zəruri şərtdir, amma kafi deyil 🙂 Mənim də tələbə yoldaşım var ki İT diplomu var, amma stroykada fəhlə işləyir. Bu fərdi məsələdir. Kafilik ödənmir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:13, 28/07/2011 ) #3212

admin,
qardash Azerbaycanda her yerde Dayday girir.
Size bashima gelen bir sheyi danishim.
Bu yaxinlarda internetde problem oldu serverden ISP ye ping verirem gorurem ki paketlerde itkiler var. zeng etmishem povaydere iradimi bildirirem orda oturan cavan bir kadr mene ne dese yaxshidir. ” Imkan varsa servere teamViewer yukleyin men burdan baxim” Dedim berekellah seni orda otuzdurana. Bax budur Azerbaycan IT sahesinin realligi.
Bu adamin biliyi suuru olsaydi o sozu mene demezdi.
men demirem ki ish yoxdur sohbet emeye verilen qiymetden gedir. Bu yaxinlarda bir elan saytindan IT mutexessis teleb edirdiler 100 Azn mevacibe. O elani oxuyanda Vallah utandim. Yeni biz IT sahesinde ishleyen adamlar bu qedermi acizik?!!!!
kim size deyir ki, kabinet ishi beyin teleb etmir? Adi fehle bele Kamaza dash yukleyende beyin ishledir. fikirleshir ki bu kamaz mesel ucun 200 eded dash tutur ve beyin ishledib o kamaza 600 dash yigirlar :-))))) bu danilmaz realligdir.
Yenede deyirem ki, Diplom sadece olaraq formalliq dashiyir.
Birdeki indi Diplomdan chox Oracle, Microsoft, Cisco, Linux, Sun Microsystems ve s…. aid sertifikatlarina daha chox onem verirler. Bunun ucunde ozlerinin kurslari var.
Ne ise uzatmaq istemirem. Qardash hansi peshenin sahibi olmaq isteyirsen Allah xeyrivi versin yolun aciq olsun. Amma vaxt gelecek menim bu sozlerimi xatirlayarsan. belkede ne vaxtsa deyishib yaxshiliga dogru gedecek amma Inanmiram. IT -de en populyar ve gelirli sahe hemishe Proqramlashdirma olub bunlara C++, Java , .NET Proqramlashdirmani misal getire bilerem. Azerbaycanda -da bu saheni derinden bilen insan yoxdur olsa bele o ne vaxtsa burani terk edib gedecek.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:25, 28/07/2011 ) #3213

    Siz sadəcə şəxsi praktikanızdakı xoşagəlməz məqamlardan pessimizmə qapılmısınız. Məsləhət görərdim ki, bir az IT icması ilə facebook qruplarda , tvitterdə və başqa yerlərdə ünsiyyətı sıxlaşdırasınız. O halda durumun fərqli olduğunu görəcəksiniz, görəcəksiniz ki C++, Java və .NET-i hətta dünya səviyyəsindən geri qalmayan gənclərimiz var, dünyada az sayda adamda olan ən yüksək Oracle sertifikatı(dəqiq adını unutmuşam təəssüf)na malik 3 ya 4 mütəxəssisimiz var, adi Microsoft , Oracle və ya Zend sertifikatlarını isə heç demirəm.
    Zəngə cavab verən operator, support yuxarıda dediyim “IT fəhlə” kateqoriyasına aid işlərdir, onlar üçün İT təhsil lazım deyil, sadəcə vərdiş və ya kurs yetərli. Yəqin ki heç bir ali təhsil almaq istəyən gənc də belə peşədə işləmək niyyətində deyil ilk əvvəl. Ali təhsil proqramçı, mühəndis təfəkkürü formalaşdırmaq üçündür. Bu təfəkkürü isə kursda vermirlər, nə də müstəqil əldə olmur. Mən hətta ali təhsil olmadan proqramçı olmağı bacaran bir neçə tanış tanıyıram, amma onlarda alqoritmik təfəkkür formalaşmadığından abstrakt düşünmə, iri həcmli proyekti düşünüb təsvirini vermək və.s. bacarıqları olmur.
    Onu bura tax bunu ora tax, install et və.s. işlər üçün yalnız vərdiş lazım. Bunar beyin tələb etməyən vərdiş işləridir. Eləcə də yuxarıda dediyiniz fəhlənin 600 daş yerləşdirməsi. Onlar vərdişdir, beyin işi deyil. Beyin işi deyəndə əsla hərfi başa düşməyin, bilirsiz hansı mənada deyirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:26, 28/07/2011 ) #3214

Day day məsələsi boş şeydi. Həmdə bu sahədə. Admin dediyi kimi day day məsələsi vəzifə üçündə 🙂 Həmdə bu sahədə yaxşı maaş verən şirkət var 🙂 Bir daha təşəkkülər hər ikinizə fikirlərinizə görə 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:48, 02/08/2011 ) #3240

Qafqaz Kompüter Mühəndisliyi və İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisasları var.
http://qu.edu.az/module.php?link=128&lang=az
http://ce.qu.edu.az/
http://itse.qu.edu.az/

Mən Qafqazda həm bakalavr, həm də magistr Kompüter Mühəndisliyini bitirmişəm. Hal hazırda Azercell İKT şöbəsində Qafqaz Kompüter Mühəndisliyi məzunlarından 8 nəfər işləyir, müxtəlif istiqamətlər üzrə(proqramlaşdırma, şəbəkə texnologiyaları, Unix sistem administration, Oracle DBA, İT support, reporting və s.). Onların hamısı öz savadı, bilik və təcrübəsi hesabına Azercellə gəliblər, “day day” hesabına yox.

Sualın müəllifinə isə Qafqaz Kompüter Mühəndisliyini məsləhət görürəm, digər ixtisas yenidir, bir az vaxt lazımdır.

İT sahəsində istiqamətlər genişdir, özünüzə uyğun bir istiqamət seçmək və o sahədə mütəxəssisləşmək lazımdır. Dünyanın hər yerində İT üzrə işlər var və həmişə də olacaq. Bu sahədə “çörək” həmişə var 🙂
Uğurlar!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:20, 04/05/2014 ) #40533

87

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (9 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (17 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (43 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (48 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024