Salam. Mən ebay-dan bir muddət qabaq hər hansi bir mal almışdım. Aldığım mal xarab çıxdı, satıcı da pulumu qayatarmaq istəməyincə mən də ebay-a şikayət etdim. Ebay da qərar çıxardı ki, pulumu qaytarsınlar və qaytardılar da. Amma o vaxtı alış veriş etdiyim kartın vaxtı artıq bitmisdi. Refund olunmağına olunub, paypal-da da gosterir amma mən həmin kartdan istifadə eda bilmirəm. Mən həmin puldan paypal-da istifadə eda bilərəmmi?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
-1
Paypalda balansınız neçə göstərir?
1
PayPal balance: $0.00 USD. Ola bilər ki pul gedib karta otursun?
0
Əməliyyat bölməsinə baxın refund tarixçəsinsə o pulun gəlməsi varmı? Paypal özündə pul saxlamır ya banka ötürür ya geri qaytarır. Amma məsləhətdir ki bankın özünə zəng edib dərhal öyrənəsiniz.
1
refund gosterirse sizin paypal hesabinizda derhal bank ile elaqe saxlayin . Burda bir mesele var. eger refund olunjubsa demeli kart muddeti hemin tarixde bitmemisdi. Amma indi vaxti bitibse o pulun geri qaytarilmasi kartin muqavilesine baglidir. Ola biler qaytarsinlar , ola biler yox. Evde kartin muqavilesi varsa goz gezdirin, melumatli olun ve sonra bankla elaqe saxlayin.
Ugurlar!
2
Diqqətinizə görə təşəkkürlər, banka zəng edərəm
Sual verin
Cavab verin