WordPress Tema Editlənməsi

Salamlar.Mən http://oobor.com/wp/ bu saytda My Adorable Baby teması köçürmüşəm.Əvvəllər DLE-də işlədiyimdən WordPress bilmirəm.İndi bu temada hər şey ingiliscədi.Mən bunları necə azərbaycan dilinə çevirə bilərəm??Çox sağ olun


Yadda saxlama
Kateqoriya: Wordpress . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

(16:30, 15/09/2011 ) #3881

Bu http://va.mu/FW6K saytda göstərilən şəkildə azərbaycan türkcəsinə çevirə bilərsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:02, 15/09/2011 ) #3890

Bəs vvordpressin admin panelini necə türkçə edim?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:33, 15/09/2011 ) #3891

    bu haqda burada yazılıb http://cavablar.net/2011/07/29/wordpress-lokalizasiya

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:17, 15/09/2011 ) #3894

      Axı mənim VVordPressimdə vvp-content/language qovluğu yoxdu :((

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:08, 16/09/2011 ) #3895

      Yoxdur, yaradın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (08:44, 16/09/2011 ) #3899

      necə yaradılması haqda burada yazılıb. http://va.mu/FZvx
      Amma əvvəlcə buradan azərbaycan versiyasın yükləyin http://cavablar.net/2011/07/29/wordpress-lokalizasiya

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:36, 16/09/2011 ) #3897

Salam. Sadəcə olaraq mənə maraqlıdır. “Editlənmə” sözünü bu mənaya
yaxın və hamı tərəfindən anlaşılan olan öz dilimizdə hansı sözlə
əvəz eləmək olar?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (08:39, 16/09/2011 ) #3898

    redaktə etmək və ya dəyişmək əvəz etmək olar. “Mək” şəkilçilərini yığışdırmaqda olar

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:58, 16/09/2011 ) #3900

redaktə etmək bizim söz deyil. Dəyişmək isə edit sözünə az yaxındır, birbaşa
change deməkdir. Bu cür problemlər çoxdur və narahatçılıq yaradır. Digər dillərdə
, misal üçün türk, rus, alman .v.s dillərində uyğun sözlər tapılır. Bizdə isə
mən rast gəlmirəm. Bir dənə eyzernet (ethernet) yaxşı tərcümə olunub.
Kim onu tərcümə eliyibsə ona halal olsun. Geniş zolaqlı internet.
Deyəsən mövzudan kənara çıxdım. Amma bu məsələ vacib məsələdir.
Yəqin ki, admin bunu nəzərə alar və bu məsələni müzakirə eləmək üçün
bir yaxşı imkan təşkil edər. Təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:57, 16/09/2011 ) #3901

    Ahmed, əslində bunu müzakirə etmişdik bir dəfə və əməli iş kimi en2az.net layihəsini üzə çıxarmışdıq 2 il öncə. İstəsəniz ora invite göndərərəm mailinizə, həm bazada mövcud sözlərin tərcümələrinə səs verə, həm də yeni sözlər əlavə edə bilərsiniz. Təəssüf ki saytın interfeysi hazırda qüsurlu vəziyyətdədir, bəzi bug-lar var, vaxt olan kimi düzəlişlər olunacaq. Amma baza tam yerindədi və axtarış da işləyir.
    Edit sözünə gəldikdə isə hazırda ən uyğunu məhz Redaktə etməkdir, redaktor, redaktə bizim dildə artıq var, baxmayaraq ki əcnəbi mənşəlidir, kökü öz dilimizdən olan ən uğurlu söz olmadıqca məcburuq işlədək. Dəyişmək change, düzəliş etmək correct-ə uyğun gəlir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:16, 16/09/2011 ) #3904

Sayta baxdım. Yaxşı işdir. Dərhal diqqətimi çəkən məqam o oldu ki,
sözlər və tərcüməsi ardıcıl sadalanır. İstifadəçilərin hər hansı sözün tərcüməsinə öz fikirlərini bildirmək və ya öz versiyalarını əlavə etmək
imkanları yoxdur.
Yaxşı olar ki, elə bir imkan yaradılsın ki, istifadəçilər istənilən bir sözü
seçdikdə ayrı bir səhifədə həmin sözə aid forum açılsın və bu sözün
tərcüməsinin müzakirəsini aparmaq mümkün olsun.
Əvvəlcədən təşəkkürlər.
Sayt yığmaq məsələsində elə də təcrübəm
olmadığından bu işdə sizə kömək eliyə bilmərəm, amma maddi problem olsa
bacardığım qədər kömək eləməyə çalışaram.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:48, 16/09/2011 ) #3905

    Ahmed, çox sağolun təklifinizə görə.
    Dediklərinizin hər biri saytda var, sadəcə sayta login olmaq lazımdır. Login olduqdan sonra istər söz əlavə etmək, istər mövcud sözə tərcümə əlavə etmək, istər tərcümələrə səs vermək, istərsə də hər söz üçün ayrı olan şərhlər səhifəsində fikirlər bildirib müzakirə aparmaq mümkündür. Sadəcə qeydiyyat açıq deyil, invite ilədir, bunu da ona görə etmişik ki, yalnız əmin olduğumuz adamlar məşğul olsun bu işlə. Təxminən 20 İT sahəsində işləyən adama hesab açmışıq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:26, 16/09/2011 ) #3906

Mənə elə gəlir bu yanaşma düzgün deyil. Bu işdə sadəcə İT sahəsi ilə məşğul
olanların fikirlərini örgənmək məncə elə də uğurlu nəticə verməz. Hamının
fikirlərini deməsinə şərait yaratmaq lazımdır, xüsusilə də İT ilə simmetrik əks
qütbdə yerləşən Ədəbiyyat sahəsinin mütəxəssislərinə.
Mən ingilis dilində olan və uğurla işlədilən bir çox sözlərə fikir verirəm, hansı
ki adi sözlərdən götürülüb və daşıdığı məna ilə birbaşa əlaqəsi yoxdur, amma
İT -də çox uğurla işlədirlir. Misal üçün cookie, running, thread v.s.
Paradoksial da olsa mənə elə gəlir ki, bu tərcümə işində ən uğurlu nəticəni
qeyi İT sahəsinin nümayəndələri verə bilər.
Login məsələsi də cəlbedici deyil. Ən yaxşısı qeydiyyatsız şərh yazma
imkanının olmasıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:02, 16/09/2011 ) #3908

    Filologoya sahəsindən kimsə bizə müraciət eləsə və ya öz əlaqəmiz olsa, onlara daim açığıq o heç. Amma ümumiyyətlə qeyri İT sahəsindən olan insanların bu işə cəlb edilməsi fikri ilə razı deyiləm. Bu həm qeyri ciddi, mənasız, qeyri-etik və.s. variantların çoxalmasına gətirib çıxara və əlavə moderasiya əziyyəti yarada bilər, həm də ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı ola məncə. Optimal variant budur ki, termin tərcüməsi ilə isə məhz o ixtisasın adamları məşğul olmalı, zərurət olduqda filoloqlarla məsləhətləşmələr aparmalıdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:38, 16/09/2011 ) #3907

Ən məşhur sözlərdən biri də yəqin ki, GOOGLE sözüdür. İT -nin əvəzedilməz
hissəsinə çevrilən GOOGLE sözünü ilk dəfə azyaşlı uzaq 1 və arxasında
100 sıfır olan rəqəmə baxarkən söyləyib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:46, 16/09/2011 ) #3911

    Doğrudur.Bunu haqqda mən də eşitmişəm o ki qaldı temaya çox sağ olun artıq rahat azəricə etmişəm.Çox təşəkkürlər.Hər birinizə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - İnzibati həbs (8 saat əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (1 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (13 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (14 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (14 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23297 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024