Salam, Form1-də Edit1 xanası var. Onun Text xassəsinə hər hansı qovluğa gedən direktoriya göstərilib, məsələn, Edit1.Text:=’C:\Portfel\Qovluq1′
Proqramı icra etdikdə Edit1-in Texti ‘C:\Portfel\Qovluq1’ olaraq qalır. Həmin Texti ‘C:\Çamadan\Qovluq2’ etmək istəyirəmsə, əlimlə Edit1 xanasında düzəliş etməliyəm.
İlk baxışdan sadə və anlamsız sual ola bilər, ancaq compile olunan EXE faylını Delphi olmadan icra etdikdə yenidən Edit1-in Texti ‘C:\Portfel\Qovluq1’ olaraq qalır. Elə etmək istəyirəm ki, OpenDialog (və ya hər hansı digər komponent) vasitəsilə susma qovluğu Qovluq1 yox, Qovluq2 kimi göstərilsin. Bunun üçün nə məsləhət görə bilərsiniz?!
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
Edit-ə yazılanı bir txt faylına yaz, sonra ordan oxu. Belə hallarda ini faylından istifadə etmək daha münasibdi.
Sual verin
Cavab verin