Google Adsense reklamları və Azərbaycan saytları…

Salam Dostlar. Bildiyimiz kimi, Google Adsense hesab açmaq üçün müraciətlər zamanı Azərbaycan dilli saytları dəstəkləmir.Amma,buna baxmayaraq Azərbaycan türkçəsində olan müxtəlif saytlarda çoxsaylı Adsense reklamlarına rast gəlinir. Bizim çox əvvəllər ingilis dilli blog üçün açdığımız Adsense hesabı var. Sizce, bu kodları Azərbaycan türkcəsində olan saytda yerləşdirsək,daha çox faydası olar yoxsa, zərəri? Mümkünsə,mövzu ətrafında fikirlərinizi bilmək istərdik. Öncədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: İnternetdən qazanc . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(13:21, 16/10/2011 ) #4181

Salam. Bu barədə bir dəfə də sual-cavab olmuşdu burda. Qısaca deyim ki, Azərbaycan türkcəsində olan saytlarda yerləşdirilən reklamlar siz deyən kimi dolayı yolla edilir, yəni xarici dilli bir sayt adına əldə olunub sonra Az. dilli sayta yerləşdirilir. Bu birbaşa Adsense qaydalarının pozulmasıdır. Google adətən bu qaydanı pozanları bloklamasa da, bəzi hallarda blokladığı da olur. Yəni risklidir. Bundan əlavə normal gəlir imkanı da yoxdur. Adsense bizim dili dəstəkləmədiyindən Adsense botu saytın məzmununu bizim dillə tutuşdurub uyğun reklam da qoymur. Və belədə tematik reklamlar olmayanda ancaq ən ucuz 1 centlik reklamlar çıxır, onunsa gəliri çox cüzi olur. Bildiyiniz kimi ingilisdilli tematik saytlarda mövzudan asılı olaraq bir klikdən 10, 20, 30 cent, hətta 1 dollar da qazanmaq mümkündür. Amma bizim dildə olanda adətən 1 cent olur, ona görə gəlir 10,20 dəfələrlə az olur.
Yuxarıdakıları yekunlaşdıraraq 2 səbəbdən məsləhət görülmür bu iş:
1. Qayda pozuntusudur
2. Gəlir çox cüzidir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:47, 17/10/2011 ) #4188

Təşəkkürlər,Admin!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (55 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (59 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (63 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (69 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024