WP saytın hostda tutduğu sahə ilə ilgili

Salam Dostlar. WP saytımız yerləşdiyi hostda 2 ay öncə 45 MB-lıq yer əhatə etdiyi halda, indi 200 MB-lıq yerə yerləşmir. (Host şirkətimiz: AdaNet,indiki AlfaNet) Toplam yazıları hesabladıqda,yazı həcmi şəkillərlə birlikdə ən çoxu 15 MB olar. Saytda video dosyalar da yoxdur.Yalnız,birmüddət əvvəl 1-2 yeni vidget əlavə etmişik. (O da WP-nin bazasından) Qəfil bu boyda disk sahəsinin tutulması çox müəmmalıdır. Sizcə,bu nədən ola bilər? Mümkünsə,mövzu ətrafında fikirlərinizi bilmək istərdik. Öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

NModern (2012-04-01 05:39:58)
Saytınızın istifadəçiləri çoxdursa bu statistika fayllarının hesabına da ola ilər. Saytın ana(root) qovluğunda tmp qovluğu olur. Həmin qovluğun ölçülərinə baxın. P.S Baza şişməsi?! vvord-presdə?! Maraqlıdır. Bunu sizə hostinq şirkətindən dedilər?

Jurnalist (2011-10-19 00:07:26)
Web masterlərin data base şişməsi adlandırdıqları bir problem idi. Xeyli çətinlik yaratdı,amma,Şükr Allaha ki,öhdəsindən gəldik.

admin (2011-10-17 20:34:04)
Bəli ola bilər. 4 il öncə Adanetdən host almışdım, 2 ay sonra qane etmədi müqaviləni pozdum, pulu və saytın backupunu geri alanda gördüm ki backup doludur virusla. Odur ki bu ehtimal da inandırıcıdır.

Jurnalist (2011-10-17 03:01:50)
Cpanelde public_html hissesinde bütün dosyaları nəzərdən keçirdik. Hamısı kiçik ve orta ölçülü dosyalardır ki,onların da böyük disk sahəsi tutması mümkün deyil... Bu problem virus,falan ve ya hostdakı hansısa texniki qüsurlarla əlaqəli ola bilermi?

admin (2011-10-17 02:47:24)
Bəs baxmadınız mən yazan yerlərə?

Jurnalist (2011-10-17 02:44:02)
Öncə cavabınız üçün təşəkkürlər,admin! Məsələ hələ ki, müəmmalı olaraq qalmaqdadır.Ən təəccüblüsü isə odur ki,2 gün sayta heç bir məlumat əlavə edilməməsinə baxmayaraq,disk həcmi əlavə olaraq 3 MB-a qədər artıb...

admin (2011-10-16 13:26:08)
Salam. Maraqlı sualdır. Siz phpmyadmindən bazaya daxil olub table-ların aşağısında toplam həcmə baxın, görün doğurdan da 15 MB-dırmı? Wordpress-də revision deyə bir anlayış var, ehtiyat kopyalar saxlayır, onu dayandırmaqla(xüsusi pluginlər də var, əllə də etmək olar) və əvvəlki revisionları silməklə bazanı 15 mb-dan azı 2-3 MB-a qədər azalda bilərsiniz. İndi keçək fayl sistemə. Siz control panelden Disk Space Usage-ə daxil olun, baxın görün hansı papka nə qədər yer tutur, və belədə "günahkar" papka dərhal üzə çıxacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress də Offset 0 və ya 1

WordPress-de güclü ucuz hosting seçimi

HOSTİNG SEÇİMİ

WordPress – date

sayt ucun hosdinq

WordPressdə skrill ilə ödəniş qəbul etmək üçün necə hesab açmaq lazımdır?