HOSTİNG SEÇİMİ

Salam dostlar.
bilirəm ki bu suala dəfələrlə cavab verilib.Amma bu sualın məzmunu və cavabı hər gün yenilənir.Elə ona görədə sizləri yeni sualla narahay edirəm…
Sual: Mənə Hosting seçməkdə köməklik edin.Mən Rusiyadan hosting paketi almaq istəyirəm.(Çünki vəsaitim vebmoney-dədir).
Mən əvvəldə rusiyadan (reg.ru) hosting almışdım.Amma çox narazı qaldım.Həm sürətdə həmdə CPU -da.

XAHİŞ EDİRƏM , MƏNƏ GÜVƏNLİ, SÜRƏTLİ VƏ ƏSASDA CPU PROBLEMİ OLMAYAN HOSTİNG TƏKLİF EDƏSİNİZ.

QEYD: GÜNDƏLİK ZİYARƏTÇİ SAYI 5-10mindən AŞAĞI OLMASIN…

9


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(17:20, 07/11/2015 ) #59408

Bəlkə 20-30 hosting şirkətində sayt test etmişəm, site5-dən yaxşısını görməmişəm, çox stabil servisləri var. Rusiya, Ukrayna və ya yerli hosterlərdən isə uzaq durmanız məsləhətdir.
Bir yandan da 5-10 min giriş əslində shared hostinq üçün deyil, onun üçün virtual və ya real server əldə etməniz daha uyğun olar. Trafik böyüyəndə artıq çox ucuza hər şeyi həll edim prinsipi işə yaramır.
Əgər layihəniz var əlinizdə, Microsoftun Bizspark proqeramına da müraciət edə bilərsiz. Aylıq 150$ həcmində kredit limiti verir, 5 illik. Siz də o virtual pula server alırsız Microsoft Azure-dən. Amma server işindən yaxşı başınız çıxmalıdır, əks halda heç nə edə bilməyəcəksiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:53, 07/11/2015 ) #59419

    Maraqlı təklifdir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:19, 08/11/2015 ) #59420

    Mənim təhsil saytım var. Gündəlik 5-7 min arası səhifə baxışı olur. Blogspota qurulub. (www.coqrafiya.info) Mən alternativ domen alıb vordpress-də eynisini (vordpressə yönəltdik) qurdum.Heç 1 ay keçmədi CPU həddini aşdığıma dair bildirişlər gəlməyə başladı. Sayt çökdü..Məcbur olub Blogspota qayıdıq…

    Mən fikirimcə sizin sayta ən azı gündəlik 10 min səhifə baxışı olur. Siz hansı hosting vəya serverdən istifadə edirsiniz? təxmin edirem ki site5.com deyecəksiniz. Alternativ hansı ola bilər? Onuda bilirem ki keçmiş sovetlər birliyində olan hostinglər sizi qane etməyib. Amma yenədə soruşuram. bəyənmədiyiniz rusiya hosting saytlardan heç olmasa (ola bilməz ki bəyəndiyiniz olmasın) 1 -ni deyesiniz. məsələn mən ispserver.com vəya agava.ru -da olan paketlər nəsə mənə gəl-gəl deyir. Siz necə fikirləşirsiniz ? Səhv yoldayam ???

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:41, 08/11/2015 ) #59424

      yox yox bizdə site5 deyil. Bizdə bütün layihələr hamısı fiziki olaraq özümüzə aid serverlərdədir. Sıfırdan qurulmuş Linux serverlər. Təbii ki onun xərci də çox olur, aylıq 50 azn-dən aşağısını tapmaq çətin məsələdir.
      Ona görə də qənaətli büdcə üçün Bizsparkı təklif elədim. Və ya Cloud Server var hazırda dünyada ən sürətlə böyüyən, DigitalOcean, aylıq 10$dan başlayır tarifləri, 20$lıq tariflə sizin layihəni tam qarşılamaq olar.
      Amma hər bir halda ayrı serveriniz olsa, Linux serverləri özünüz ayarlamalısınız, qurmalısınız, server qaldırmalısınız.
      Bilirsiniz, reallıq budur. Ki bəlli bir həddən sonra həvəskar yollarla (ucuz shared hostinq) davam etmək mümkün olmur.
      Sizin durumda məsləhət görərdim ki, cache pluginlərdən istifadə edib site5-ə filan keçəsiniz. cache pluginlərdən istifadə çox önəmlidir. Sizin əsas səhifəyə baxıram, orada bəlkə 50-60 sorğu var bir səhifədə, bu isə dəhşət çoxdur. Optimal cache ilə o sorğu sayını 1-ə endirmək olar. Və belədə istənilən ortabab shared hostinq günlük 5-10 min pageview olan sayta dözər. O cümlədən site5. (tanış var site5-də, günlük 10mindən çox pageview ilə normal cache plugindən istifadə edir neçə ildir)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:01, 08/11/2015 ) #59430

səmimiyyət görə çox sağ olun !

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:13, 08/11/2015 ) #59434

Hostgator.com

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:52, 08/11/2015 ) #59449

azerbaycanda http://nethosting.az/

ümumdunya http://www.hostgator.com/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (12 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (12 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024