Hansı ödəmə sistemi daha faydalıdır?

Salam Dostlar. Sizcə, Azərbaycanda elektron ticarət saytı üçün hansı ödəmə sistemindən istifadə etmək daha faydalıdır? Eşitdiyimə görə, bəzi ödəmə sistemləri satışdan kifayət qədər böyük faiz tuturlar… Cavablarınız üçün öncədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(00:40, 19/10/2011 ) #4203

Salam. Məncə ən optimalı Azericard-dır. Digər alternativ isə Goldenpay-dir. Hər ikisində faiz çox cüzidir(Azericardda 1% + 2% bank = 3%, 97% sizindir). Sadəcə Azericard daha stabil işləyir, qoşulma pulsuzdur, fiziki şəxs VÖENi tələb olunur. Goldenpayda isə qoşulma 150 azn, hüquqi şəxs tələb olunur(VÖEN,şirkət,möhür) və bir də arabir problemlər olur saytlarında.
Digər variantlar isə məqbul deyil. SMS nömrə ilə ödəmə asan olsa da daha çox kütləni əhatə etsə də tutulma haqqı dəhşətlidir, təxminən 70%, sizə qalır 30%. Paypal və Google Checkout da çox sərfəli olardı amma ordakı hesabınıza gələn pulu Azərbaycanda yaşayaraq nəqdləşdirmək problemli məsələdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:49, 19/10/2011 ) #4210

Ən rahatə paypal ilə ödənişlər qəbul etməkdi. Düzdü Azərbaycan üçün nəğd pul çıxarmaq olmur. Amma ki qeydiyyatdan keçərkən Türkiyə göstərsəniz bu problem həll olur. Hesabınıza toplanmış məbləği 5 dollar ödəyərək kartınıza köçürə bilərsiniz. beləliklə 1000 dollar qəbul edilirsə siz cəmi 23 dollar ödəyirsiniz (1,8% + 5$)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:41, 20/10/2011 ) #4214

    İsmayıl bəy, Azərbaycanda olduğunuz halda Paypalı Türkiyədəki hər hansı hesab vasitəsilə nəqdləşdirmək praktikanız varmı? Bunu etmisinizmi? Əgər hə isə lütfən proseduru aydın şəkildə paylaşın, çünki bunu çox adam deyib etmək olar, amma heç biri etməyib, hamsı ondan bundan eşidənlərdir. Paypal balansda pul saxlamır, bank deyil ki saxlaya, ona görə də dərhal köçürməni reallaşdırmağa cəhd edir, əgər hesaba qoşulmuş bank dəstəklənən bank deyilsə, Paypal ödənişi geri qaytarır. Ona görə də bu məsələ problemli məsələdir, yoxsa elə pulu yığardım qalardı Paypal hesabımda, nə vaxtsa xaricə yolum düşəndə gedib orda nəqdləşdirərdim.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:43, 23/04/2012 ) #13427

Admin bəy, bildiyim qədər PayPal pul saxlayır balansda. Bank olmasa da ödəniş təşkilatıdır, hətta ödəniş (plastik) kartı da buraxır bu PayPal, indi də ödənişlərin fiziki olaraq qəbulunu (POS terminal) fikirləşir artıq. Mənim xarici bankda ödəniş kartı hesabım var və ona bağlı Paypal akauntu var. PayPal balansımı istədiyim kimi idarə edib, pulu həmin xarici karta göndərib daha sonra onu istənilən ATM-də nağdlaşdıra bilirəm. Lakin bu yol sərfəli deyil, tam əminliklə deyə bilərəm ki AzeriCard və GoldenPay tarifləri daha sərfəlidi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:57, 06/07/2012 ) #17627

    salam Emil_Rustamov.sizin paypal hesabınız azərbaycan adınadır?siz pullarınızı azərbaycanda nəğdləşdirirsiniz?birdəki maraqlıdır paypal pul saxlamırsa bes paypala pul köçürsem o pul hara gedecek?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:16, 26/08/2012 ) #19446

Azericard və Goldenpay xidmətinin məhsullar üzrə ödeniş php-lerinin sayta tam inteqrasiyasını hansı tərəf və ya kim həyata keçirir?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:39, 26/08/2012 ) #19451

    Qarşılıqlı iş ilə. Onlardan bir nəfər ayrılır daim mail yazışmaları edir sizin tərəf ilə, bütün lazımi dəstəyi verir inteqrasiya üçün, sonda test ödəmələr edilir hər şey düzdürsə real sistem işə salınır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:55, 26/08/2012 ) #19456

Öncə, cavabınız üçün təşəkkürlər, Elvin bəy! Bildiyimiz kimi qoşulma Azericard sistemində pulsuz, Golden pay şirkətinidə isə 150 AZN-dir. Bəs , posterminaldan başqa ödəniş sistemi kodlarının sayta tam inteqrasiyası üçün əlavə haqq alınırmı və alınırsa hansı məbləğdə? Həm də səhv etmirəmsə bu sistemlərin heç biri Azərbaycandakı bütün bankları tam əhatə etmir, elədirmi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:19, 27/08/2012 ) #19463

    Azericard azericard dəstəkli bankları(əsas böyük banklar), Goldenpay millicard dəstəkli bankları əhatə edir. Amma yalnız hesab açmaqçün. Ödəniş isə fərq etməz, istənilən elektron kartdan mümkün, hətta xarici bank kartından belə.
    Əlavə haqq olmur. Mən azericardla işləmişəm, bütün prosedurlar pulsuzdur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (2 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (3 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (3 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (3 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (15 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (16 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (16 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (16 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024