Əvvəlcə saytda bu haqqa suallar verilib amma mən istədiyim cavabı ala bilmədiyimdən yeni mövzu açıram.
Elektron alış-veriş üçün plastik kart lazımdır.Hansı bankın göstərdiyi xidmətlər daha yaxşıdır?Mastercard/Visa/Maestro/Cirrus bunlar arasındakı fərq nədir birdə bunların növləri var məsələn Mastercardın standard,gold,platinum Visanın electron,classic,gold,platinum bunların arasındakı fərq nələrdir.Cavab yazan hər kəs özü hansı bankın kartından istifadə etdiyini yazsa lap yaxşı olardı.Cavab yazan hər kəsə təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
2
Ən yaxşı hansıdır deyib məsələni niyə qəlizləşdirirsiniz ki?
Sizə məqsədə(elektron alış-veriş) çatmaq üçün hansı bəs edirsə, onu da əldə edin.
Visa Virtual, Visa Electron ən sadələridir, yaxınlaşın istənilən banka, əldə edin. Sadaladığınız növlərin elektron alış verişdə heç bir fərqi yoxdur, yəni elektron ödəmədə hər biri eyni bacarığa malikdir. Onların birbirindən üstünlüyü digər sferalara aiddir(məsələn turizm, VİP müştəri və.s.)
0
Ən ideal görünəni visa electrondur deyəsən.Admin bütün banklarda qiymətlər eynidir məs. 3 illik kart almaq üçün nə qədər ödəniş etməliyəm və kartlara ilkin mədaxil ödənməlidir?
0
Hərəsinin öz şərti var. Məsələn bank respublika tam pulsuz verir 3 illik, amma ilkin mədaxil 100$, dəmirbank 5 azn-ə verir 3 illik, ilkin mədaxil olmadan. Başqa bankları da saytlarına daxil olub öyrənə bilərsiniz.
0
qardash niye bele eziyyet chekirsen ki sen? google.az saytindan Azerbaycan banklarinin saytina girirsen ve orda Plastik kartla bolmesinde yerleshen informasiyani deqiq oxuyursan yazilan butun informasiya 3 dilde oxuculara teqdim olunur hansi dilde daha yaxshi basha dushursense o dili secib sene lazim olan informasiyani oxuyursan ve ondan sonra oturub secim edirsen gorum sene hansi bankin shertleri daha elverishlidir
2
Hörmətli Ezio,
ASB Bankın istənilən filialına yaxınlaşaraq tam pulsuz olaraq virtual və ya debet kart əldə edə bilərsiniz.
Sual verin
Cavab verin