Salam.Mən BDU da oxuyuram.Burada kompüter otağında youtube tipli saytlara daxil olandan sonra videolara baxmaq olmur.youtube tipli saytlar dedikdə mən video kontenti olan saytları məsələn dailymotion.com və s. nəzərdə tuturam.bunu necə aradan qaldırmaq olar?daha dəqiq desəm bunu client komputerdən aradan qaldırmaq olar yoxsa mütləq serverdən düzəldilməlidir.Diqqətinizə görə minnətdaram….
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
mümkünsə sualı cavablandırardınız….
0
Əgər universitetdə belə bir filtr qoyublarsa, deməli belə də məshələtdir, tələbə dərslərilə məşğul olmalıdır. 🙂
User tərəfdən aşmaq olur bu maneələri , amma birmənalı demək olmaz ki filan saytla, bu hər blok-filtrin özünə məxsus əngəllər olur deyə onları aşmaq üçün də fərqli proksi saytlar mövcuddur. Proksi saytları da google-dan tapa bilərsiniz, minlərlədir, sadəcə hansı sizin universitetdə işə yarayacaq onu əvvəldən demək olmaz.
0
Hörmətli admin,proxy saytlara da girişi bağlayıblar…başqa hansı üsul təklif edirsiniz?
0
proxy saytlara necə bağlayıblar girişi? Bütün mümkün saytların paketi var onlarda ya url və ya content filter ilə bloklayırlar?
Özünüz də standart proxylərdən fərqli proxy qura bilərsiniz, vaxtilə mən lazım olanda qurmuşdum elə bir şey, yarayırdı işə.
İndi isə sadəcə olaraq cibimdə datakart gəzdirirəm, olduğum hər hansı bir yerdə internetə məhdudiyyət olanda datakartla daxil oluram.
P.S. Universitet sisadminlərinə afərin ki belə möhkəm firewall quraşdırıblar, bəlkə tələbələr məcbur qalıb məşğələ dərslərində nəsə faydalı işlə məşğul ola 🙂
0
Bağışlayın,sizi yordum.Sadəcə bir şeyi qaranlıq qaldı.Qeyd etdiniz ki,standart proxy dən fərqli proxy qura bilərsiniz.Bunu özüm necə qura bilərəm?mümkünsə yazardınız…
P.S Xoşbəxtlikdən sabah iqtisadi informatika dərsimiz var..
1
Google-da axtarın how to create proxy site with php və yaxud da php proxy site class axtara bilərsiniz. Qurduqda login-parol da qoymaq olar ki başqa biri o ünvana girdikdə görə bilməsin ki sayt proxy saytdır.
Tətbiqi riyaziyyatda oxuyursunuzsa özünüz düzəldə biləcəksiz, əks halda o fakültənin uşaqları ilə əlaqa yaradın 🙂
0
mən dediyinizi düzəltdim.əla alındı.sadəcə yenə bəzi problemlər var..məsələn youtube a girir amma videonu açmır…bunu necə aradan qaldırım?
0
mümkünsə axırıncı sualımı cavablandırın
Sual verin
Cavab verin