Termin tərcüməsi

Salam mən Keyboard driver -ə aid bir yazı hazırlamaq istəyirəm, ancaq nə keyboard , nə də driver sözlərinin münasib tərcümələrin tapa bilmirəm. Zəhmət olmasa bu sözlərin azərbaycan dilinə tərcüməsinə kömək edərdiniz. Hal-hazırda bu söz klaviatura kimi tərcümə edilib, amma bu bir az anlaşılmazdır. Müqaisə üçün türk dilinə klavye, alman dilinə tastatur kimi tərcümə olunub. Düymə və lövhə sözlərindən ibarət bir ifadə üzərində dayanıram. Düymələr lövhəsi. Ancaq bir sözlə ifadə olunması təqdirəlayiqdir. Driver sözümə gəldikdə bu söz elə drayver kimi tərcümə olunub, amma bəzi məqalələrdə sürücü sözündən istifadə olunur. Bu sözləri bir yerə qoyanda "Düymələr lövhəsi sürücüsü" kimi tərcümə olunur. "Düymələr lövhəsi sürücüsü" ifadəsi heç bir mənanı ifadə eləmir.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

admin (2011-11-07 14:36:45)
Yazmısınız ki, "“Düymələr lövhəsi sürücüsü” ifadəsi heç bir mənanı ifadə eləmir." Bəli həqiqətən belədir. Amma bilgisayar ifadə edirmi? O da etmir. Deməli hər şey rəsmi səviyyədə qəbul edilmədən asılıdır. Yəni terminologiyaya cavabdeh rəsmi qurumlarımız bunu hər hansı formada qəbul etsə, lüğət və kitablara salsa, o halda hamı qəbul edəcək və öyrəşdikdən sonra hamıya məntiqli də görünəcək. Amma belə müstəqil tərcümələr zamanı bu tip radikal tərcümələri məsləhət görməzdim, çünki anlaşılmayacaq. Konkret bu sözə gəldikdə isə mən Klaviatura drayveri təklif edərdim. Bu halda oxucuya tam aydın olacaq söhbət nədən gedir.

Tural92 (2011-11-07 14:01:53)
Keyboard sözünü az.dilli kitablarda mən klaviatura kimi görmüşəm.Driver sözünü isə sürücü və yaxud disk sürücüsü kimi bilirəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bəzi İT terminlərin tərcüməsi 4

“Mask” sözünün tərcüməsi

Termin tərcüməsi

termin tәrcümәsi

Termin tərcüməsi

Termin удаленные хосты