Salam. Mən PHP ilə verilmiş səhifənin title-ını çəkmək üçün belə bir function-dan istifadə edirəm.
function get_title($url){
$source = file_get_contents($url);
if(strlen($source)>0){
preg_match("/\<title\>(.*)\<\/title\>/",$source,$title);
return $title[1];
}
}
Problem ondadır ki, çəkilmiş title-ı müəyyən yerə yazdırandıra kiril əlifbasındakı hərflər, “ə”,”ü”,”ö” və s. bu kimi simvolları düzgün göstərmir.
Məsələn, lent.az-ın title-ını çəkməyə çalışsaq output-a belə bir yazı çıxacaq.
Lent.az | SaatД±n Й™sas xЙ™bЙ™rlЙ™ri
Xahiş edirəm problemin nədə olduğunu tapmaqda kömək edəsiniz.







Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
problemin nədə olduğunu özüm tapdım. PHP faylın encoding-i UTF-8 yox, ANSİ imiş )
1
Elə onu yazacaqdım indi, amma tərəddüd etdim ki yəqin o variantı yoxlamısan özün 🙂 Ümumiyyətlə həm database tablela həm fayllarla işləyəndə öncədən encodingi düzgün ayarlamaq lazım ki sonradan belə problemlər yaranmasın.
Sual verin
Cavab verin