Unicode problemi

Salam. Mən PHP ilə verilmiş səhifənin title-ını çəkmək üçün belə bir function-dan istifadə edirəm. [code] function get_title($url){ $source = file_get_contents($url); if(strlen($source)>0){ preg_match("/\<title\>(.*)\<\/title\>/",$source,$title); return $title[1]; } } [/code] Problem ondadır ki, çəkilmiş title-ı müəyyən yerə yazdırandıra kiril əlifbasındakı hərflər, "ə","ü","ö" və s. bu kimi simvolları düzgün göstərmir. Məsələn, lent.az-ın title-ını çəkməyə çalışsaq output-a belə bir yazı çıxacaq. [code]Lent.az | SaatД±n Й™sas xЙ™bЙ™rlЙ™ri [/code] Xahiş edirəm problemin nədə olduğunu tapmaqda kömək edəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

admin (2011-11-08 10:08:18)
Elə onu yazacaqdım indi, amma tərəddüd etdim ki yəqin o variantı yoxlamısan özün :) Ümumiyyətlə həm database tablela həm fayllarla işləyəndə öncədən encodingi düzgün ayarlamaq lazım ki sonradan belə problemlər yaranmasın.

Valeh Hajiyev (2011-11-08 04:08:27)
problemin nədə olduğunu özüm tapdım. PHP faylın encoding-i UTF-8 yox, ANSİ imiş )