Partition termini

Salam. "Partition" sözünü necə tərcümə etmək daha düzgün olar? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-11-10 10:00:27)
Seqment sözü dilimizə artıq daxil olmuş söz olduğundan(dərsliklərdə belə rast gəlmək olar) partition üçün bölmə, segment üçün seqment işlətmək olar məncə.

ahmed (2011-11-10 08:50:54)
Bölmə əlbəttdə daha məsləhətlidir. Rus dilində Раздел (англ. partition) — часть долговременной памяти жёсткого диска kimi tərcümə olunur. İş orasındadır ki, həm də segment sözünün tərcüməsi partition sözünün tərcüməsi ilə konflikt yaradır. Çünki segment sözü də hissə, bölmə mənasını bildirir amma sərt diskin yox, fiziki yaddaşın və ya obyekt faylın. Memory segmentation is the division of computer memory into segments or sections. Segments or sections are also used in object files of compiled programs when they are linked together into a program image, or the image is loaded into memory. Ancaq məncə bölmə sözü disk hissəsinə(partition) daha çox uyğun gəlir, nəinki proqram hissəsinə(segment). Seqment və ya section sözləri üçün üçün başqa bir şey fikirləşmək olar.

admin (2011-11-09 22:40:27)
Hissə və ya bölmə. Bölmə daha uyğun, öz türk mənşəli sözdür deyə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

“Mask” sözünün tərcüməsi

Body sözünü necə düzgün tərcümə etməli?

Termin tərcüməsi

termin tərcüməsi

Termin tərcüməsi – sort

Termin – Child selectors