Google hava API

Salam. Müşahidələrimə görə bu saytda PHP kodlaşdırmasından yaxşı başı çıxan uşaqlar var , və ona görədə bura yazmaq qərarına gəldim.
Hörmətli web proqramistllər, mənə google saytının hava APİ si lazımdır. daha doğrusu hazır php faylı.
google.com saytına girib (weather in baku azerbaijan) yazdıqda axtarış səhifəsində görsənir. Skrin şot => http://s017.radikal.ru/i425/1111/27/96aed27360ac.jpg
cavablarınızı gözləyirəm


Yadda saxlama
Kateqoriya: Web skriptlər, kod həlləri . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(12:21, 14/11/2011 ) #4450

1. Google-un mən bilən xüsusi weather API-si yoxdur, Gadgetlər var, onlardan istifadə edə bilərsiniz(http://google.com/ig/directory?synd=open&q=weather)
2. PHP ilə Google-da çıxan nəticəni sadə kodla ordan sovurub saytınıza qoya bilərsiniz, skrindəki görüntü, amma bu əlverişli deyil, google sabah kodunda dəyişiklik edəndə sizin saytda da işləməyəcək.
3. Sizə məhz Google-dan yox, ümumiyyətlə saytınız üçün hava məlumatı bölməsi lazımdırsa, asan APİ təqdim edən xeyli sayt var, məsələn:
http://www.weather.com/services/xmloap.html
http://developer.yahoo.com/weather/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:46, 14/11/2011 ) #4453

Admin, əslində mən sayt üçün istifadə eləmək fikrim yoxdur. daha doğrusu sayta yerləşdiriləcək amma başqa formada. sadəcə bir ideya gəlib ağlıma və onu reallaşdırmaq istəyirəm . Bu hava məlumatları şirkətdə dəhlizlərdə yerləşən LCD monitorlara ötürüləcək ki, buda ofisin dəhlizində hava haqqında bir informasiya sistemi olacaq. hər halda boş boşuna işləməkdənsə nəyəsə qulluq eləsin. ona görə mənə 2 ci variant daha əlverişlidir. Amma PHP dən heç başım cıxmadiğımdan ona görə bura müraciət etdim ki bəlkə kimsə köməklik edə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:12, 14/11/2011 ) #4455

    Ok. Bir azdan sadə bir skript yazıb yerləşdirərəm bura.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:16, 14/11/2011 ) #4456

Ok çox sağolun 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:43, 15/11/2011 ) #4465

Belə bir işlək kod yazdım indi, amma php serverinizdə file_get_contents açıq olmalıdır external linklər üçün. Yəni özünüzdə yoxlayın bunu, işləməsə deməli php.ini-dən dediyim funksiyanı açmaq lazımdır. CURLlə də etmək olar onu açmadan. Bir sözlə yoxlayın sonra ona uyğun nəsə edərik

 <?php
$k=file_get_contents("https://www.google.com/search?q=weather+San+Francisco%2C+CA&btnG=Search");
$k=str_replace('~','-',$k);
$k=str_replace('<li class="g">','~',$k);
$k1=explode("~",$k);
$k1[1]=str_replace('</li>','~',$k1[1]);
$k2=explode("~",$k1[1]);
echo $k2[0];
?> 
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:19, 15/11/2011 ) #4466

Çox sağolun. Amma bir bilsəm ki siz nə demək istədiniz :-)) Sitat ” Belə bir işlək kod yazdım indi, amma php serverinizdə file_get_contents açıq olmalıdır external linklər üçün”
Onu hardan və necə edirlər C panel-də ?
sadə üsulu necədir? Mən bu sahədə 0-am

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (21 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024