Bəzi İT terminlərin tərcüməsi 2

Salam, zəhmət olmasa aşağıdakı terminlərin optimal tərcüməsini tapmağa kömək edərdiniz. compile - yüksək səviyyəli dildə yazılmış proqram kodunun assembler dilinə çevrilməsi prosesi. Mən kompilyasiya sözündən istifadə edirəm, bəlkə kimsə daha yaxşı variantın bilir? assemble - proqramın assembler dilində olan variantının obyekt koda çevrilməsi prosesi. Proqramın kompilyasiyasının mərhələlərindən biridir. assembler - assemble prosesin yerinə yetirən sistem proqram (kompilyatorun bir hissəsi) linking - proqramın kompilyasiyasının sonuncu mərhələsi linker - linking prosesin yerinə yetirən sistem proqram (kompilyatorun bir hissəsi) disasssemble - ikili formada verilmiş proqram faylını debugger vastəsilə assembler dilinə çevirmək. assemble prosesinin əksi. Hələlik bunlardır.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-11-21 09:58:15)
Bəli asılıdır tərcümədən. Amma gəlin etiraf edək ki sırf bu postunuzdakl terminlər çox dar çərçivədə işlənir, kütləvi auditoriyanın işlədəcəyi, rastlaşacağı terminlər deyil, o mənada dedim ki bunları olduğu kimi saxlamaq daha yaxşıdır. Ümumənsə tərcümə işinə davam, çox faydalı bir iş görürsünüz, sualların davamını gözləyirik

ahmed (2011-11-21 08:48:43)
Bəs İT-mizin inkişaf etməsi üçün nə etməliyik? :) It -nin iknişafı az da olsa terminlərin düzgün tərcüməsindən və çox nisbətdə ana dilində olan "tutoriallardan" asılıdır. Ona görə mən elə fikirləşirəm ki, tərcümələrə uğursuz da olsa cəhd eləmək lazımdır.

admin (2011-11-20 17:47:39)
Fikrimcə İT-miz bu sözləri tərcümə edəcək cəsarətində olacaq qədər inkişaf etməyib. :) Bunlar həddən çox spesifik, kiçik sahəyə aid,oturuşmuş sözlərdir və olduğu kimi saxlanması məsləhətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

“Upload speed” nə deməkdir?

Termin tərcüməsi – input

Terminin Azərbaycanca tərcüməsi

Termin – Child selectors

Kompüter terminləri

Termin tərcüməsi